Afurca — Azərbaycan Respublikasının Quba rayonunun Güləzi kənd inzibati ərazi dairəsində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir.
Tarixi
Toponimikası Afurca oyk., sadə. Vəlvələ çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacında yerləşir. Adını ərazidəki eyniadlı şəlalədən almışdır. Bu şəlalə Azərbaycanda dağ çaylarına məxsus daimi fəaliyyətdə olan şəlalələrdən biridir və Vəlvələ çayının Təngə dağından axan hissəsidir. Afurca kəndi də həmin şəlalənin yaxınlığında yerləşir. "Afurca" sözü tədqiqatçılar tərəfindən belə izah edilir: İran mənşəli abforucə (yerli tələffüz forması ofirəce) sözünün qismən təhrif olunmuş forması. Toponim a (ab) "su", fur/for "aşağı" və ca (castən) "sıçramaq" sözlərindən düzəlib, "su aşağı sıçrayan (tökülən) yer, şəlalə" deməkdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Coğrafiyası və iqlimi Afurca kəndinin iqlimi Azərbaycanın şimalının iqlimi ilə eynidir. Kəndin aşağı hissələri yay ərzində xüsusilə nəmişlik olur. Kənddən təqribən 3–4 km aralıda Afurca şəlaləsi yerləşir ki, hər yay 100 minlərlə turist və yerli əhali burda istirahət edir. Gözəl təbiəti və saf havası var.
Əhalisi Afurca kəndi seyyidlər (övliyalar) diyarıdır. Afurca kəndindən olan lakin sonradan Şamaxı rayonu ərazisinə yerləşən Şeyx Abdurrahman həmin seyyidlərdən (övliyalardan) biridir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 719 nəfər əhali yaşayır. Kəndin əhalisini tatlar təşkil edir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Şəkilləri
İstinadlar
Xarici keçidlər azerbaijanphoto.com saytındakı şəkilləri Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
Həmçinin bax Afurca şəlaləsi
Kateqoriya:Quba rayonunun kəndləri