() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Yaponiyada, Şimali Amerikada, Mərkəzi Asiyada və Çində bitir.
Botaniki xarakteristikası Hündürlüyü 10–15 m-ə çatan ağacdır. Zoğları çılpaq və ya tükcüklü, bəzən isə keçətükcüklüdür. Yarpaqları uzunsov, yumurtavaridir, 7–12 sm uzunluqda, 4–6 sm enindədir. Kənarları dişlidir və açıq-yaşıl rəngdədir. Yarpaqların hər iki tərəfi əvvəlcə az tükcüklü olub, sonradan çılpaqlaşır. Çiçəkləri 6–9 ədəd olub, qrup halında yerləşmişdir. Meyvəsinin uzunluğu 5–7 sm-ə çatır, kürə formalı, yandan sıxılmış üzəri xallıdır, qonuru-ağımtıl rəngdədir. Aprel ayında çiçəkləyir, avqust-sentyabr aylarında meyvələri yetişir.
Ekologiyası Soyuğa, istiyə rütubətə davamlı növdür. Çöl-çəmən torpaqlarda yaxşı bitir.
Azərbaycanda yayılması Böyük Qafqazda, Lənkəran düzənliyində, Abşeronda bağ və parklarda rast gəlinir.
İstifadəsi thumb Asiya armudu ət marinadlarında işlənilir, özəlliklə mal əti üçün marinadlarda, çünki onun tərkibində ətdəki zülalları yumuşaldan fermentlər var. Məsələn, Koreya mətbəxində o, bulqogi marinadında işlənilir. Kimçi reseptlərində də Asiya armudunun püresi istifadə olunur. Onun püresi həmçinin şəkərin əvəzinə sirkə və ya soya sousu əsasında hazırlanan souslara əlavə olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Meyvə ağacları Kateqoriya:Asiya florası Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Şərqi Asiya florası