O dünyadan salam filmi rejissor Tofiq Tağızadə tərəfindən 1991-ci ildə ekranlaşdırılmışdır. Film Cəlil Məmmədquluzadənin "Ölülər" pyesinin motivləri əsasında çəkilmişdir. Film görkəmli ədibin, xalqına ləyaqətlə xidmət etmiş vətəndaşın anadan olmasının 125 illiyinə ithaf edilmişdir. Filmdə ümumbəşəri problemlər qaldırılır, insanları ayıq olmağa, yaxşını pisdən, xeyiri şərdən, həqiqəti yalandan ayırmağa, həyata açıq gözlə baxmağa çağırır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Məlik Dadaşov, Leyla Bədirbəyli, Səyavuş Aslan, Yılmaz Duru, Mərahim Fərzəlibəyov ifa edirlər.Hüseyn, F. Diri ölünün ölü diriləri: Və ya “O dünyadan salam”da maraqlı rejissor işarələri: [Tofiq Tağızadənin eyni adlı filmi haqqında] //Kaspi.- 2012.- 25 yanvar.- S.16.

Məzmun Kino əsəri cəhalətpərəstliyi, avamlığı, kortəbii fanatizmi, fırıldaqçılığı ifşa edir. Burada söhbət çirkin adamlardan deyil, dövrün çirkin ab-havasından gedir. Filmdə adamların xeyirxahlığı və sadəlövhlüyü ön plana çıxarılmışdır. Sadəlövhlük isə qüsur deyil, təmizlikdir, möcüzəyə inamdır.

Mükafatlar 1993-cü ildə Aşqabadda I Beynəlxalq "Gümüş Aypara" kinofestivalında filmə mükafat və diplom verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Tofiq Tağızadə Əsərin müəllifi: Cəlil Məmmədquluzadə Ssenari müəllifi: Tofiq Tağızadə Operator: Ələkbər Muradov Rəssam: Arif Məhərrəmov, Əziz Məmmədov Bəstəkar: Xəyyam Mirzəzadə

Rollarda Məlik Dadaşov — Şeyx NəsrullaSəlimqızı, C. Əbülfəs Qarayev: “Bizim kino Azərbaycanı xaricdə də yaxşı təbliğ edir”: [Mədəniyyət və Turizm nazirinin məlumatı] //Mərkəz.- 2012.- 25 yanvar.- S. 11. Leyla Bədirbəyli — Kərbəlayi Fatma Səyavuş Aslan — Hacı Həsənağa Yılmaz Duru — Kefli İsgəndər Mərahim Fərzəlibəyov — Şeyx Əhməd Yaşar Nuri — Məşədi Oruc Mirzə Babayev — Hacı Kərim Məmməd Bürcəliyev — Hacı Baxşəli Qəmər Məmmədova — Zeynəb Rauf Şahsuvarov — Əli Nazir Əliyev — Kərbəlayi Vəli Alim Məmmədov — Əli bəy Tofiq Hüseynov — Heydər ağa Arif Quliyev — Hacı Kazım Səbinə Şərifova — Nazlı Lətifə Əliyeva — Ana Hamlet Qurbanov — Mirbağır ağa Füzuli Hüseynov — Cəlil usta Vüqar Abbasov — Cəlal

Filmi səsləndirənlər Mikayıl Mirzə — Kefli İsgəndər (Yılmaz Duru) (titrlərdə yoxdur) İlham Namiq Kamal — Şeyx Əhməd (Mərahim Fərzəlibəyov) (titrlərdə yoxdur)

İstinadlar

Həmçinin bax

Kateqoriya:1991-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Tofiq Tağızadənin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Faciəvi komediya filmləri Kateqoriya:Şəkidə çəkilən filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Cəlil Məmmədquluzadənin əsərləri əsasında çəkilmiş filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Pyeslərə əsaslanan filmlər Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:1991-ci ilin filmləri