Qəbiristan mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.

Mahalın adı çox güman ki "məzarlıq" mənasındakı "qəbristan / qəbiristan" sözüylə əlaqəli deyil - adın kökündə "gəbr"https://obastan.com/az/search/?q=g%C9%99br sözü durur ki, əvvəllər, ilkin olaraq "atəşpərəst", daha sonralar isə "qeyri-müsəlman", həmçinin "kafir" mənalarını qazanmışdır. Azərbaycan dilindəki "gavur" sözü də elə həmin "gəbr" sözündən qaynaqlanır.

Vaxtilə Orta Şərqin müsəlman əhalisi arasında həmin qeyri-müsəlman əhalinin yığcam şəkildə, müsəlmanlardan nisbətən aralıda yaşadıqları yerlər üçün "gəbristan" adı istifadə edilirdi. https://doi.org/10.1080%2F0959641032000127597Fərziyyə etmək olar ki, ola bilsin elə Qobustan adı da əslində bu ifadədən yaranıb.

Tarixi Qobustan, Şamaxı, Hacıqabul, Göyçay və Ağsu rayonlarının ərazisindəki obaları əhatə etmişdir.

Mahalın naibi Məlik Baxış idi.

Əhalisi 1821-ci ildə 27 obada (Ərəbqədim, Ərəbbalaoğlan, Şıx Zahirli Çul, Şıx Zahirli Şəkər, Kəlağaylı / Kalağaylı, Xilə / Əmircan, Təklə Səfi, Yekəxana Talıb, Qaracagözlü, Ərəbcəbrəli, Təklə Hacı Məmməd Hüseyn, Cəmcəmli, Kürdəmiç / Kürdəmiş, Ərəbşahverdi, Təklə Mirzəbaba, Mərəzəli, Kürkəndi, Qurbançı, Təsin, Yekəxana İbrahim, Həmyə / Həmyəli, Xıdırlı, Şorbaçı, Siyəzənli, Poladlı, Çaylı, Udulu) 1172 ailə yaşayırdı.

İqtisadiyyatı Qəbiristan mahalının sakinləri əkinçilik və maldarlıqla məşğul olurdular.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax Şirvan xanlığı

Kateqoriya:Şirvan xanlığının mahalları