Naxçıvan Avtomobil Zavodu və ya qısaca NAZ – 2006-cı ildə Naxçıvan Muxtar Respublikasında əsası qoyulan avtomobil zavodu.

Tarixi Naxçıvan Avtomobil Zavodunun əsası 2006-cı ildə qoyulub. 2009-cu ilin May ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin "CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD." Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalandı. Sazişə əsasən, Naxçıvan şəhərində "LİFAN" markalı minik avtomobillərinin istehsalı təşkil olundu.

Naxçıvan Avtomobil Zavodu 2010-cu ilin yanvar ayının 11-də istismara verilmişdir.

İstehsal Zavodda "Lifan" modellərinin yığılmasını həyata keçirilir. Zavodun "NazLifan" brendi altında buraxdığı avtomobillər daxili bazarda populyar deyil. Zavod gah fəaliyyətini dayandırır, gah məhdud həcmdə avtomobillərin yığılmasını həyata keçirir. 2019-cu ilə olan məlumata görə, 2010-cu ildən bəri "NazLifan" cəmi 5 minə yaxın avtomobil buraxmışdı.

Şəkilllər

İstinadlar

Xarici keçidlər Sabiq rəsmi saytı

Həmçinin bax Gəncə Avtomobil Zavodu AzSamand Azərmaş ASC BakAZ-3219

Kateqoriya:Naxçıvan Muxtar Respublikası iqtisadiyyatı Kateqoriya:2006-cı ildə Naxçıvanda yarananlar Kateqoriya:Naxçıvan zavodları Kateqoriya:Azərbaycan şirkətləri Kateqoriya:Azərbaycan avtomobil istehsalı müəssisələri