Məzmun Gizli şəkildə başqasının əməyinin bəhrəsindən istifadə etmək olarmı? Filmin balaca tamaşaçılara ünvanlandığını və uşaqların mənəvi tərbiyəsində əhəmiyyətli rol oynaya biləcəyini nəzərə alsaq, sual heç də ritorik deyil.

İki siçanın başına gələn əhvalatdan belə nəticə çıxarmaq olar ki, bir parça halal çörək qeyri-qanuni əldə edilmiş var-dövlətdən şirindir.

Ekran əsərində halal zəhmət, işgüzarlıq və əməksevərlik kimi yüksək amillər tərənnüm edilir.

Film haqqında Film məşhur Ezopun təmsilinin motivləri əsasında yaradılmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Sabir Rüstəmxanlı Rejissor: Hafiz Əkbərov Quruluşçu rəssam: Nazim Məmmədov Bəstəkar: Cəmil Əmirov Operator: Ramiz Ağayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vaqif Məmmədov, Gennadi Tişşenko, Rauf Dadaşov, Arifə Hatəmi, Bəhmən Əliyev, Firəngiz Quliyeva, Gülşən Quliyeva Rəssam: Hüseyn Cavid İsmayılov, B.Qaflanov Montaj edən: Lidiya Vyalsova Rejissor assistenti: Z.Rəhimova Rəssam assistenti: Məlahət Hümbətova Operator assistenti: Ziya Xəqani Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Məmməd Qurbanov

Filmi səsləndirən Ramiz Əzizbəyli — siçan (Azərbaycan variantı) (titrlərdə yoxdur)

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1986-cı ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Uşaq filmləri