Elektron demokratiya (e-demokratiya) — demokratik institutların inkişafı və möhkəmlənməsi üçün İKT-ni tətbiq etməklə, vətəndaşların, cəmiyyətin və dövlətin siyasi fəaliyyətində fəal iştirakını təmin etməyə yönəldilibAygün Əhmədova, İnformasiya Cəmiyyətində İnsan hüquqlarının reallaşma imkanları // Ekspress-İnformasiya, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2009.
"Elektron demokratiya" elə demokratik siyasi sistemdir ki, burada dövlət demokratik proseslərin – informasiyanın və kommunikasiyanın yayılması, qərarların qəbulunda məsləhətləşmə və səsvermə yolu ilə vətəndaş maraqlarının nəzərə alınması kimi vacib funksiyalarını həyata keçirərkən kompüter və kompüter şəbəkələrindən istifadə edirAygün Əhmədova, Elektron demokratik təsisatların yaradılması texnologiyaları haqqında, "İdarəetmədə informasiya texnologiyaları" elmi-praktiki konfransı, AR-nın Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, səh. 114, Bakı-2008.
E-demokratiya (elektronik və demokratiya sözlərinin birləşməsindən əmələ gəlib) siyasi və idarəetmə işlərində informasiya və kommunikasiya texnologiyalarından istifadəni nəzərdə tutur. Buraya hökumət, seçilmiş rəsmilər, media, siyasi təşkilatlar, vətəndaşlar/seçicilərin iştirakı daxildir.Clift, S. (2004). E-Democracy Resource Links from Steven Clift — E-Government, E-Politics, E-Voting Links and more. Retrieved July 10, 2009, from Publicus. Ne-t Public Strategies forthe Online World: Publicus.net E-demokratiyanın məqsədi internet, mobil telefon və kompüter texnologiyası vasitəsilə hazırkı nümayəndəli demokratiyada vətəndaşların daha çox iştirakını təmin etməkdir.http://weboxu.com/blog/1254.html Rəşad Mehbaliyev, E-demokratiya, e-nəsil, e-seçkilər… Avropa Gənclər Parlamenti, Krakov
İstinadlar
Kateqoriya:İnformasiya cəmiyyəti Kateqoriya:Demokratiya Kateqoriya:Siyasət və texnologiya Kateqoriya:Fəlsəfi hərəkatlar Kateqoriya:Politologiya terminologiyası