Xanəgah — Azərbaycan Respublikasının Quba rayonunun Rustov kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Oykonim fars mənşəli, xanə və gah komponentlərinin birləşməsidir. Xanəgah «ziyarətgah», «pir yeri» mənasındadır.Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
Alternatif bir görüşə əsasən isə Ərəb mənşəli södür.
Toponimikası Çağacıq çayı sahilindədir; Oronim ziyarətgah, pir və müqəddəs qəbirlərin ətrafında qurulmuş tikililər və ya zəvvarlara məxsus tikili qurumlarına verilən ümumi ad Xanəgahla bağlıdır. Xanəgahlar ümumiyyətlə "dərvişlərin məskəni" mənasında olub, müqəddəs yerlərin üstündə tikilirdi. Culfadakı Şeyx Xorasan (Fəzlullah Nəimi), Lerikdəki Xoca Seyid türbələri belə xanəgahlardandır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıya alınmasına əsasən kəndə 717 nəfər əhali yaşayır. Əhali tatlardan ibarətdir. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629 2023-cü ilin siyahıya alınmasına əsasən kənddə 732 nəfər əhali yaşayır.
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Xarici keçidlər Tarixi Xanəgah məscidi məhv olur - Foto
Kateqoriya:Quba rayonunun kəndləri