Bakıdan Göy-gölədək qısametrajlı sənədli filmi rejissor Həsən Seyidbəyli tərəfindən 1947-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Mənzərə filmi tamaşaçıları doğma Azərbaycana səyahətə çıxarır.

Məzmun Mənzərə filmi tamaşaçıları doğma Azərbaycana səyahətə çıxarır. Kinooçerk köhnə və yeni Bakıya, Bakıdan müxtəlif istiqamətlərə gedən dəmir yol xətlərinə, Gəncəyə, Göy-gölə həsr olunmuşdur.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 52

Film haqqında Film ilk rəngli sənədli filmdir.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: İmran Qasımov Rejissor: Həsən Seyidbəyli Operator: Əsgər İsmayılov

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 109-113.

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı 1947-ci ilin Azərbaycan filmləri 1940-cı illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1947-ci ilin filmləri Kateqoriya:1947-ci ilin Azərbaycan filmləri Kateqoriya:Həsən Seyidbəylinin filmləri