Aqil Səmədbəyli () — azərbaycanlı siyasətçi, sosial elmlər namizədi.
Həyatı Aqil Səmədbəyli Göyçə mahalının Zərkənd kəndində doğulub.
Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki Mərmərə Universitetini bitirib.
O, Türkiyədə sosial elmlər üzrə namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır.
Siyasi fəaliyyəti Aqil Səmədbəyli gənc yaşlarından siyasi və ictimai fəaliyyətlə ciddi məşğul olub. Türkiyədə təhsil aldığı illərdə "Gənc Aydınlar Hərəkatı"nı yaratmış və Başqan seçilmişdir.
Hazırda "Bütöv Azərbaycan Birliyi"nin Mərkəzi Şurasının sədridir.İP Koordinasiya Şurasına namizədlər
2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə seçkilərdə iştirak etmiş, lakin deputat seçilə bilməmişdir.2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 oktyabr 2010-cu il tarixli 288 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Kommisiyasının 26 oktyabr 2010-cu il tarixli 47/420 saylı qərarı
Şəxsi həyatı Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin qızı Çilənay Səmədbəylinin həyat yoldaşıdır.
Azərbaycan Milli Məclisinin IV çağırışının Müsavat Partiyasından deputatı Arzu Səmədbəylinin qardaşıdır.
Atası Həbib Səmədov 3 noyabr 2011-ci ildə, anası Nabat xanım isə 21 iyun 2015-ci ildə Bakı şəhərində vəfat ediblər.
İstinadlar
Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar