Məzmun Novruz bayramı Azərbaycan xalqının ən qədim və ən əziz bayramıdır. Xalq bu bayramı həmişə sevə-sevə qeyd etmişdir. Bolluq-bərəkət, gözəllik-saflıq bayramı olan Novruzla əlaqədar xalq rəqsləri, xalq mahnıları, xalq mərasimləri, el-oba içində bu günə qədər yaşayır.
Qadağalar dövrü adlandırdığımız durğunluq illərində xalqın bu əziz bayramına dini rəng verilmiş, onun təntənəli şəkildə keçirilməsini yasaq etmişdilər.
Filmdə yenidənqurma, aşkarlıq dövründə — 1989-cu ildə Azərbaycan SSR-də Novruzla əlaqədar keçirilən ümumxalq şənlikləri lentə alınmışdır.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Rafiq Yüzbaşov Ssenari müəllifi: Sabir Məmmədov Operator: Elxan Əliyev, Nemət Rzayev, Şərif Şərifov Səs operatoru: Şamil Kərimov
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 355.
Kateqoriya:1989-cu ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:"Yaddaş" Studiyası