Aşıq Talıb () — Göyçə aşığı, Aşıq Ələsgərin oğlu.

Həyatı Aşıq Talib Ələsgər oğlu 1877-ci ildə Ağkilsə kəndində anadan olmuş, aşıqlıq sənətini atasından öyrənmişdir. İlin yaz-yay aylarında əkinçilik etmiş, payız-qış aylarında isə xalqımızın toylarında, el şənliklərində sazlı-sözlü söhbətləri ilə şərəfli ömür yolu keçmişdir.

Klassik və müasir aşıq sənətini mükəmməl bilən Aşıq Talıb Göyçə sənətkarlarının, xüsusən, atası Aşıq Ələsgər irsinin sinədəftəri kimi aşıqlar arasında böyük nüfuza malik olmuşdur.

Yaşadığı, ömür sürdüyü mühitin təsiri onu ustad aşıq zirvəsinə qaldırmışdır.

Aşıq Talıb 1979-cu ilin 21 mayında, 102 yaşında Ağkilsə kəndində vəfat etmişdir.

XX əsr Göyçə aşıqlarının saz-söz aləmindəki sənət uğurları birbaşa Aşıq Talıbın iştirakı və onun xeyir-duası ilə qazanılmışdır.

Kitabları Aşıq Talıb. "Könlüm Vətən arzular". Bakı, "Elm və təhsil", 2013, 100 səh.

İstinadlar

Xarici keçidlər Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010.

Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Göyçədə vəfat edənlər Kateqoriya:Göyçə aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycanlı uzunömürlülər Kateqoriya:Göyçədə dəfn olunanlar