Nəzmiyyə Müzəffər qızı Abbaszadə () — musiqişünas, ilk azərbaycanlı violençel çalan qadın, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008).
Həyatı 1968 ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası; BMA), Həmin ildən konservatoriyanın simli alətlər kafedrasında işə başlamış, 1990 ildən kafedranın müdiri olmuş, 1999 ildən Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin dekanıdır. Qadın simli kvartetinin yaradıcılarından biridir. 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi adına layiq görülüb.
1973 ildə isə P. İ. Çaykovski ad. Moskva Konservatoriyasının aspiranturasını bitirmişdir. 1968 ildən BMA-nın simli alətlər kafedrasında müəllim, dosent, 1990–99 illərdə isə kafedra müdiri işləmişdir. 1999-cu ildən akademiyanın ifaçılıq fakültəsinin dekanıdır. Qadınlardan ibarət simli kvartetin tərkibində 30 il bir sıra xarici ölkələrdə konsert proqramları ilə çıxış etmişdir. Bir çox dərslik və metodik vəsaitin müəllifidir.Naxçıvan ensiklopediyası Bakı,2002
İstinadlar
Həmçinin bax Kamil Cəlilov Abbasqulu Nəcəfzadə
Xarici keçidlər Musiqi təhsili işçilərinə fəxri adlar verilib Təqvim 16–20 iyul
Kateqoriya:Naxçıvanda doğulanlar Kateqoriya:Musiqişünaslar Kateqoriya:Professorlar Kateqoriya:Əməkdar incəsənət xadimləri