Sikorski UH-60 və ya Blək Hauk ( - Qara qırğı) — çoxfunksiyalı ABŞ vertolyotu. ABŞ ordusunda Bell UH-1 vertolyotunu əvəz edib.

Əlavə pilonların quraşdırılması ilə Tank əleyhinə idarəolunan raket (TƏİR) AGM-114 Hellfire-lərlə, uzaq məsafəli uçuşlar üçün əlavə yanacaq çəni ilə təchiz olunmuşdur. Eləcə də yük kəsiminin qabaq hissəsində M240 və M134 pulemyotu quraşdırılmışdır.

UH-60 təcrübə modifikasiyasının uçuş sınaqları 1974-cü ildə tamamlanıb, 1976-cı ildə vertolyot ABŞ ordusunun təchizatı müsabiqəsində qalib gəlib. İlk seriyalı istehsal variantı olan UH-60A 1979-cu ildə ABŞ Ordusunun silahlanmasına daxil edilmişdir. Bunun ardınca helikopterin radioelektron mübarizə və xüsusi əməliyyatlar üçün nəzərdə tutulmuş variantları istehsal olunmuşdur. UH-60 ailəsindən olan helikopterlər ABŞ Ordusundan sonra bir neçə başqa dövlətin də silahlı qüvvələrində silahlanmaya daxil olunmuşdur. "Qara qırğı"lar Qrenada, Panama, İraq, Somali, Balkan yarımadası, Əfqanıstan və Yaxın Şərqdə baş vermiş bir çox hərbi münaqişələrdə istifadə olunmuşdur.

Əməliyyat tarixi thumb|"Blək hauk" helikopteri Avstraliya 2016-cı ilə olan məlumata əsasən Avstraliya Silahlı Qüvvələrinin silahlanmasında təqribən 36 ədəd UH-60 helikopteri var. Bunların əksər hissəsi Şərqi Timor və Solomon adalarında dislokasiya olunub.Australia grounds Black Hawk helicopter fleet April 25, 2012 The Telegraph thumb|Avstraliya Ordusina aid

Braziliya thumb|Braziliya HHQ-nə məxsus UH-60L

1997-ci ildə ilk dörd UH-60L modifikasiyalı helikopter sülhməramlı əməliyyatlarda istifadə etmək məqsədilə Braziliya Ordusuna təhvil verilmişdir. 2008-ci ildə xüsusi təyinatlı, axtarış və xilasetmə əməliyyatlarda istifadə olunması məqsədilə növbəti altı ədəd UH-60L helikopteri satın alınmışdır. 2009-cu ildə əlavə isə əlavə 10 ədəd UH-60L sifariş olunmuşdur ki, bunların çatdırılmasına 2011-ci ilin mart ayından etibarən başlanmışdır.

Çin Xalq Respublikası 1983-cü ilin dekabr ayında Eurocopter AS332 Super Puma, Bell 214ST və Sikorski S-70A-5 helikopterlərinin nümunələri ərazisinin əksər hissəsi yüksək dağlıq relyefdən ibarət olan Lhasada sınaqdan keçirilmişdir. Bu sınaq yoxlamalarından sonra Çin Xalq Azadlıq Ordusu üçün daha güclü mühərriklə təchiz olunmuş 24 ədəd S-70C-2 variantı helikopter sifariş olunmuşdur.

Tayvan (Çin Respublikası) UH-60 ailəsindən olan helikopterlərin Tayvana çatdırılmasına 1986-cı ildən etibarən başlanmışdır. Son olaraq, 2010-cu ilin yanvar ayında 60 ədəd UH-60M modifikasiyalı helikopterlər ABŞ tərəfindən Tayvan Ordusuna təhvil verilmişdir.

Kolumbiya İlk dəfə 1987-ci ildə ABŞ-dən UH-60 helikopteri satın alınmışdır. Hazırda axtarış və xilasetmə, tibbi təxliyə və xüsusi əməliyyatlar zamanı Kolumbiya Milli Polisi, Hərbi Hava Qüvvələri və Quru Qoşunları tərəfindən istifadə olunur.

2017-ci ilin mart ayında Kolumbiya Milli Polisi tərəfindən əlavə 10 ədəd UH-60 helikopteri sifariş olunmuşdur ki, bununla da bu qurumun silahlanmasında olan helikopterlərin sayı 19-a çatmışdır. (ispanca)

İsrail thumb|İsrail HHQ-nə məxsus UH-60 Yanşuf

1994-cü ilin avqust ayında 10 ədəd UH-60A modifikasiyalı helikopter ABŞ tərəfindən İsrail Hərbi Hava Qüvvələrinə təhvil verilmişdir. İlk dəfə 1996-cı ildə Livanın cənubunda Hizbullaha qarşı döyüş əməliyyatı zamanı istifadə olunmuşdur."Sikorsky UH-60 / S-70 Blackhawk (Yanshuf)." Jewish Virtual Library.

Meksika 1991-ci ildə silahlanmaya qəbul olunmuşdur. 2014-cü ilin sentyabr ayında 18 ədəd UH-60 helikopterinin satın alınması ilə əlaqədar ABŞ-nin "Sikorski" şirkəti ilə 203.6 milyon ABŞ dolları dəyərində müqavilə imzalanmışdır.

Slovakiya İlk dəfə 2017-ci ilin iyul ayında 2 ədəd UH-60M silahlanmaya qəbul olunmuşdur. 2019-cu ilin sonuna qədər ümumilikdə 9 ədəd UH-60M-in silahlı qüvvələrə təhvil veriləcəyi gözlənilir.

Taktiki-texniki xüsusiyyətləri (UH-60L) right|400px

Ümumi parametrlər Ekipaj: 2 pilot (uçuş heyəti) və 2 ekipaj rəhbəri Tutumu: 11 nəfər və ya 4,100 kq yük Uzunluğu: 19.76 m Rotor diametri: 16.36 m Hündürlüyü: 5.13 m Boş çəki: 4,819 kq Maksimal qalxma ağırlığı: 10,660 kq Güc təminatçısı: 2 × General Electric T700-GE-701C mühərrik (hər biri 1,890 at gücü)

Uçuş keyfiyyətləri Maksimum sürət: 294 km/s Döyüş radiusu: 592 km Uçuş məsafəsi: 2,220 km Uçuş tavanı: 5,790 m Yüksəkliyə qalxma sürəti: 4.5 m/s Çəkmə gücünün çəkiyə nisbəti: 0.192

Həmçinin bax ABŞ Ordusu Türkiyə Silahlı Qüvvələri

İstinadlar

Xarici keçidlər

Black Hawk U.S. Army fact file Lockheed Martin's BLACK HAWK page UH-60 Black Hawk on kamov.net

Kateqoriya:ABŞ vertolyotları Kateqoriya:Hərbi vertolyotlar