Nitra diyarı () — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Nitra şəhəridir. Sahəsi 6343 km², əhalisi isə 713 422 nəfər (2001) təşkil edir.

Nitra diyarı Slovakiyanın cənub-qərbində yerləşir. Diyar cənubda Macarıstan ilə həmsərhəddir.

İnzibati bölünmə Nitra diyarı "okres" adlanan 7 rayona bölünür: Komarno rayonu Levitse rayonu Nitra rayonu Nove Zamki rayonu Şalya rayonu Topolçanı rayonu Zlate Moravtse rayonu

Coğrafiya Diyar Slovakiyanın cənub-qərbində, Ortadunay düzənliyinin şərqində yerləşir. Fiziki-coğrafi olaraq, diyarı iki regiona bölünür: Dunay düzənliyi və Jitnı adası cənubda, Dunay yüksəkliyi isə şərqdə və mərkəzdə yerləşir. Diyarın ərazisində həmçinin Povajski İnovets (şimal-qərbdə), Tribeç (Nitra şəhərindən şimalda), Pohronski İnovets (şimal-şərqdə) və Ştyavnitske Vrhi dağ massivləri yerləşir. Diyar ərazisindən axan əsas çaylar — Dunay, Qron, Vaq, Nitra və İpeldir.

Statistik məlumatlar (2001) Əhalinin etnik mənsubiyyəti slovaklar 70,1 % macarlar 27,6 % digərləri 2,3 %

Əhalinin konfessional mənsubiyyəti katoliklər 77,2 % reformatorlar 4,7 % lüteranlar 3,4 % ateistlər 11 %

İstinadlar

Xarici keçidlər

Nitriansky samosprávny kraj Diyarın rəsmi saytı

Həmçinin bax

Kateqoriya:Slovakiya diyarları Kateqoriya:Nitra diyarı Kateqoriya:Avropa regionları Kateqoriya:1996-cı ildə yaranmış dövlətlər və ərazilər