Minimorum — Sumqayıt şəhərindən olan Azərbaycan metal qrupu. 2013-cü ildən fəaliyyətdədir.
Qrupun tarixi Minimorum — "one man" metal proyekti Sumqayıt şəhərində Adil Hacılı tərəfindən 2013-cü ildə yaradılmışdır. Qrup Atmospheric / Funeral doom üslubunda ifa edir. Qrupun 14 yanvar 2014-cü ildə ilk debüt Single "Ölüm Məni Çağırır" adlı sinqlı olmuşdur. Bundan sonra Minimorum-un həmin ilin martın 4-də ilk debüt albomu "Dark Light" albomu buraxılmışdır. Bu albomda qrup Luis Armstronqun "What a wonderful world" mahnısını və Blackfield-in "Hello" mahnısını və bundan başqa Rusiyanın məşhur Ariya qrupunun "Потеряный Рай" mahnısını instrumental cover etmişdir. Albom 7 trekdən ibarətdir. Bu albom Azərbaycanın ilk funeral doom metal albomudur. Bu albomdan sonra, qrup aprel aynının 4-də "The Funeral On The Bridge" adlı albom buraxaraq, özünün sayca 2. albomu olmuşdur. Bu albom ilə birgə Minimorum qrupu 2014-cü ildə toplam 1 single və 2 albom çıxartmışdır. "The Funeral On The Bridge" albomunda sonra Minimorum qrupu Rusiya albom şirkəti olan GS PRODUCTIONS ilə birlikdə çalışaraq , 2015-ci il yanvarın 10-nu qrupun "Autumn Tears" addlı albomu çıxdı. Albom 100 nüsxəli CD və DigiPack və eləcə də 8 trek-dən ibarətdir, bundan başqa albomda məşhur Thergothon qrupunun, Evarlasting mahnısının coveri edilmişdir.
Diskoqrafiya Sinqllar Ölüm Məni Çağırır (2014) Albomlar Dark Light (2014) The Funeral On The Bridge (2014) Autumn Tears (2015)
İstinadlar - Dark Light - The Funeral on The Bridge - Autumn Tears
Həmçinin bax
Kateqoriya:Azərbaycan metal musiqi qrupları Kateqoriya:Musiqi qrupları