Azərbaycan Kikboksinq Federasiyası (qısa adı:AKF) — 1993-cü ildə yaradılmış idman federasiyası.

Tarixi Federasiya 1993-cü ildə Azərbaycan Respublikası Əməkdar Xadimi, Uşu Federasiyasının prezidenti Azər Həsənsoy tərəfindən yaranmışdır. İlk yarananda federasiyanın adı Azərbaycan Kikboksinq Federasiyası idi. Bir il sonra isə adı Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası olaraq dəyişdirilmişdir.

1999-cu ildə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının Prezidenti olan Azər Həsənsoy tərəfindən Milli komandanın rəisi və beynəlxalq əlaqələr üzrə menecer vəzifəsinə Sadıx Bağırov təyin olunmuşdur.

2000-ci ildə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının Prezidenti Millət Vəkili Adil Əliyev seçilmişdir.

2000-ci ildə AKMF-nın 1-ci Vitse-Prezidenti Oqtay Mehtiyev təyin olunmuşdur (2008-ci ildə istefaya verdi). 2001-ci ildə Namiq Əsgərov və Ramiz Quliyev AKMF-nın Vitse-Prezident vəzifələrinə təyin olunublar. 2008-ci ildə Güloğlan Cabbarov Azərbaycan Kikboksinq Federasiyasının Vitse-Prezidenti təyin olunmuşdur.

12 dekabr 2008-ci ildə İdarə Heyətinin qararı ilə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası iki müstəqil təşkilatlara bölünub: Azərbaycan Kikboksinq Federasiyası və Azərbaycan Muaytay Tayboks Federasiyası.

Üzvü olduğu təşkilatlar (1995-indi) — WAKO-nun (World Association of Kickboxing Organization) rəsmi üzvü. (1997–2002) — İAKSA-nın (International Amateur Kickboxing Sport Association) rəsmi üzvü. (1999–2009) — WPKA-nın (World Profi Kickboxing Association) rəsmi üzvü.

Rəhbərlik Prezident: Orxan Əliyev Vitse-Prezident: Ramal Aslanov Baş menecer və Milli komandanın rəisi: Sadıx Bağırov Katib: Rüstəm Rüstəmov GİN-də kurator: Tofiq Eyvazov

İstinadlar

Kateqoriya:Azərbaycanda kikboksinq Kikboksinq Kateqoriya:Azərbaycan Kikboksinq Federasiyası