I Böyük Simeon ( ) — Birinci Bulqar dövlətinin XIX imperatoru

Həyatı Simeon 893-cü ildə doğulmuşdu. Vladimir-Rasatedən fərqli olaraq bütün ömrü boyu xristian olmuşdur. 14 yaşında Konstantinopol Universitetinə getmişdi və arxiyepiskop olmaq istəyirdi. Lakin Vladimirin devrilməsi nəticəsində taxta çıxmalı oldu. Qavrilin yerinə niyə Simeonun seçildiyi məlum deyilZlatarski, Istorija na Pǎrvoto bǎlgarsko carstvo, səh. 280.

Hakimiyyəti

Bizans və Macarlarla əlaqələr Simeonun taxta çıxdığı dövr Bizansla əlaqələrin pisləşdiyi dövr idi. VI Leo bolqar tacirlərin ticarət mərkəzini Konstantinopoldan Salonikiyə dəyişmiş, ağır vergilər qoymuşdu.Onlar Simeona, Simeon da Leoya şikayət etmişdi. İmperator bu şikayətləri qulaqardına vurduSkylitzes–Kedrenos, II, p. 254.4–16Runciman, A history of the First Bulgarian Empire, pp. 144–145.. Qəzəblənən Simeon Bizansı işğal etdi və kiçik mübarizəylə rastlaşdıZlatarski, Istorija na Pǎrvoto bǎlgarsko carstvo, s. 289. Xəzər muzdlu əsgərlərini əsir alan Simeon Macar işğalının qarşısını almaq üçün şimala dönməli olduCanev, Bǎlgarski hroniki, s. 198.. Arpadın oğlu Liüntikanın başçılığı ilə gələn bir ordu artıq Dunayı keçmişdiZlatarski, Istorija na Pǎrvoto bǎlgarsko carstvo, p. 297.. Simeon 896-cı ildə Peçeneqlər ilə birlikdə Macarlara hücum edərək onları darmadağın etdiRunciman, A history of the First Bulgarian Empire, p. 147.. Bundan sonra Konstantinopola dəfələrlə hücum edən knyaz çətinliklə də olsa saxlanıldı. İmperator sülh müqaviləsi imzalamağa məcbur oldu. Petar Qoynikoviçi də Serbiya knyazı kimi tanıyaraq Simeonun öz vassalı halına gətirdi.

thumbnail|Simeon dövründə Bolqarıstan sərhədləri

Bakalov, Istorija na Bǎlgarija, "Simeon I Veliki" 904-cü ildə imperator Makedoniyanın və Albaniyanın şimalını da güzəştə getməyə məcbur oldu.

Çarlığı Leonun ölümündən sonra taxta keçən VII Konstantin hökuməti Simeona vergi verməkdən imtina etdikdə bu bəhanə Simeona yeni bir müharibə başlamağa imkan verdiTodt, Biographisch-Bibliographisches Kirchenlexikon.* Runciman, A history of the First Bulgarian Empire, p. 155.* Zlatarski, Istorija na Pǎrvoto bǎlgarsko carstvo, p. 352. * Bǎlgarite i Bǎlgarija, 1.2.. Ara müharibələrlə qızışan Bizansı işğal edən Simeon üçün 913-cü ilin avqustunda Konstantinopola çatmaq çətin olmadı. Çətin vəziyyətdə qalan Bizans, Simeonun qızlarından birinin imperator ilə evliliyinə Simeonun çar kimi qəbul olunmasına, yəni imperatora bərabər olmasına razı olduOstrogorsky, George (1935). "Avtokrator i samodržac". Glas Srpske kraljevske akademije (Serbcə) (CLXIV): 95–187..

20 avqust 917-ci ildə müharibəyə başlayan Bizans ordusu ağır məğlubiyyətə uğradıldı. Anxilaos döyüşü kimi tarixə düşən savaşda Bizans çox ağır itki verdi. Daha sonra üzünü Serbiyaya çevirən çar 924-cü ildə kovxan Fyodor Siqritsa və komita Marmaisin başçılığı ilə işğala başlamışdı. Simeon sonra dəfələrlə Bizansı işğala hazırlaşdı, hətta Fatimilər xilafəti ilə müqavilə imzaladı. 924-cü ildə Serbiya bir dövlət kimi

ləğv olunaraq Bolqarıstana birləşdirildiZlatarski, Istorija na Pǎrvoto bǎlgarsko carstvo, s. 459.. 9 sentyabr 924-cü ildə Bizansla yenidən sülh müqaviləsi imzalandıRunciman, A history of the First Bulgarian Empire, səh. 169–172..

Xorvatlarla müharibə Simeon 925-ci ildə Bolqarıstan Pravoslav Kilsəsinin səviyyəsini patriarxlığa yüksəltdi. 926-cı ildə isə sərkərdə Alaqabaturun başçılığı ilə Xorvatiyaya hücum edən Simeon 27 mayda Çar Tomislava məğlub olsa da onun Bizansla əlaqəsini kəsə bildi.

Ölümü Həyatının son illərində yenidən Bizansı işğal etməyi planlayırdı. 27 may, 927-ci ildə ürək çatışmazlığından vəfat etdi.

Ailəsi Simeon iki dəfə evlənmişdi. Birinci həyat yoldaşından Mixail adlı övladı, ikincisindən isə I Pyotr, İvan və Bayan adlı övladları olmuşdu. AiləsiAiləsi:

Zlatarski, Istorija na Pǎrvoto bǎlgarsko carstvo, s. 280, p. 495. Runciman, A history of the First Bulgarian Empire, s. 133, p. 177.                         I Boris(ö. 907, h. 852–889) Mariya                               Vladimir-Rasate(h 889–893) Qavrail     İakov Yevpraksiya Anna       1bilinməyən qadın I Simeon(d. 863, ö. 927, h. 893–927) 2Georgi Sursuvulun qızı          1  2  2  2  ?   Mixail(ö. 931) I Pyotr(d.912, ö. 970,h 927–969) İvanBayan qızları

İstinadlar

Kateqoriya:Hökmdarlar Kateqoriya:İmperatorlar