Cəmil Fikrət oğlu Əmirov — Azərbaycan bəstəkarı, cazmen, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən). Bakı Musiqi Akademiyasının elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi.

Həyatı Cəmil Fikrət oğlu Əmirov 3 may 1957-ci ildə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun ailəsində anadan olub. 1965–1975-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində təhsil alıb.1975–1980-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki BMA) Bəstəkarlıq fakültəsində Cövdət Hacıyevın sinfini bitirib. Daha sonra 1980–1982-ci illərdə aspirantura təhsili alıb.

Ailəsi Atası Fikrət Əmirov Anası Aidə Əmirova Bacısı Sevil Əmirova

Əmək fəaliyyəti Azərbaycan Dövlət Kamera Orkestri (1978–1983) Fortepiano və klavesin ifaçısı kimi Azərbaycan Televiziya və radio Komitəsinin "Qobustan" estrada – folklor ansamblının rəhbəri (1983−1985) Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın solisti (1985–1989) Azərbaycan Dövlət "Muğam" teatrının musiqi rəhbəri (1989−1990) Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın solisti (1990 – 1991) Azərbaycan Dövlət Kamera Orkestrinin fortepiano və klavesin alətinin solisti "Qaya" Dövlət estrada-simfonik orkestrinin musiqi rəhbəri (1991−1992) Bakı şəhər Mədəniyyət idarəsinin Caz klubun rəhbəri (1992) R. Babayevin rəhbərlik etdiyi "Cəngi" ansamblı (1992−1995) Ü. Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi (2009-cu ildən bu günə qədər) Konsert fəaliyyəti: Gənclər və tələbələrin Ümumdünya festivalı (Moskva,1985) Beynəlxalq caz festivalı (Tbilisi, 1986) "Gaudemus" Beynəlxalq musiqi həftəsi (Bolqarıstan-1988, Hollandiya-1989) Etno musiqisinin Ümumdünya festivalı (Hamburq, 1999, Dakar, Sineqal 1993) "Gülüm" layihəsinin iştirakçısı "SAVAB" ansamblının musiqi rəhbəri (Bakı, 2002) Etnomusiqinin Ümumdünya festivalında "SAVAB" ansamblının musiqi rəhbəri (İstanbul, 2005) Ümumdünya caz festivalı (Astana,2006) Bir sıra sənədli və animassiya filmlərinə, tamaşalara, müxtəlif tərkibli ansambllar üçün instrumental musiqinin və mahnıların müəllifi

Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 16 sentyabr 2006 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 27 may 2018 Azərbaycan Respublikası Prezidentinin mükafatı — 6 may 2016, 1 may 2017-ci ildə, 9 may 2018 10 may 2019 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 7 may 2020-ci ildən

Elmi əsərləri F. Əmirov və C. Hacıyevin həyat və yaradıcılıqları haqqında bir neçə populyar qəzet və jurnallarda məqalələri çap olunub. H. Əliyev fondu tərəfindən nəşr olunan "F. Əmirov — Ömrün səhifələri" və əsərlərindən ibarət antologiyanın müəllifidir.

Filmoqrafiya Armudu (film, 1986) Bir dəfə görmək... (film, 1984) Dəvətnamə (film, 1989) Həvəskarlar və ya peşəkarlar (film, 1987) İkinci həyat (film, 1984) Kədərimiz... Vüqarımız... Qudyalçay (film, 2001) Oktyabr və Azərbaycan (film, 1987) Oyun (film, 1996) Sakit Yonun macəraları (film, 1985) Talada ev (film, 1986) Təkəlduz (film, 1985) Bahar əyləncələri (film, 1989)

İstinadlar

Video Cəmil Əmirov — Qış nağılı Cəmil Əmirov və "Savab" qrupu — Laylay — Fikrət Əmirovun eyniadlı mahnısının caz improvizasiyası Cəmil Əmirov və "Savab" qrupu — Fayton Cəmil Əmirov və "Savab" qrupu — Talisman Cəmil Əmirov və "Savab" qrupu — Tonqal Cəmil Əmirov və "Savab" qrupu — Freska Cəmil Əmirov — Ayrılıq Cəmil Əmirov — Cıdır

Kateqoriya:Əmirovlar (II) Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycan film bəstəkarları Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları