Fərhad Şəmsi oğlu Bədəlbəyli () — Azərbaycan pianoçusu, SSRİ xalq artisti (1990), professor (1983), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru (1991-ci ildən).

Həyatı Fərhad Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakıda rejissor, Azərbaycan SSR xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur.

1965–1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor Mayor Brennerin sinfində), 1969–1971-ci illərdə Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) oxumuşdur. Fərhad Bədəlbəylinin adı Bedrix Smetana adına (Çexoslavakiya, 1967-ci il, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Vianna da Motta adına (Portuqaliyada – Lissabonda keçirilmiş Pianoçuların Beynəlxalq Müsabiqəsi, 1968-ci il laureatı) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır.

Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri – Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və b. əhatə edir. Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986–1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin birinci müavini olmuşdur. F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987–1996-cı illərdə o, buranın rəhbəri olmuşdur) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılmışdır.

1995-ci ildən "Azərbaycan Mədəniyyətinin Dostları" fondunun üzvüdür. 1971-ci ildən F. Bədəlbəyli Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (1976-cı ildən dosent, 1983-cü ildən professor). 1991-ci ildən F. Bədəlbəyli onun təşəbbüsü ilə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasına çevrilmiş ADK-nın rektorudur.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 19 aprel 1972Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası işçilərinə fəxri adlar verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1972-ci il tarixli Fərmanı — anl.az saytı Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının mükafatı — 1974 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 11 yanvar 1978Respublikanın musiqi ifaçılığı sənəti xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 11 yanvar 1978-ci il tarixli Fərmanı — anl.az saytı Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı — 11 aprel 1975; 24 fevral 1979Respublika ədəbiyyat və incəsənət xadimlərinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı — anl.az saytı "SSRİ xalq artisti" fəxri adı — 6 noyabr 1990 Azərbaycan SSR Dövlət mükafatı — 1986 "Şöhrət" ordeni — 26 dekabr 1997 Fransanın "İncəsənət və Ədəbiyyat" ordeni — 2000 "İstiqlal" ordeni — 25 dekabr 2017 "Şərəf" ordeni — 26 dekabr 2022

Filmoqrafiya Azadlıq məşəli (film, 1967) Böyük ömrün anları (film, 2006) Fərhad (film, 1987) Kədərimiz... Vüqarımız... Maestro Niyazi (film, 2007) Memar (film, 2006) Mənə inanın! (film, 2007) Nəğməkar torpaq (film, 1981) Ötən ömrün notları (film, 2003) Üç eskiz (film, 1978) Ürək nəğməsi (film, 1989) Üzeyir ömrü (film, 1981)

Nəsil şəcərəsi

İstinadlar

Ədəbiyyat Tərlan Seyidov, Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı (məqalələr, rəylər, müsahibələr, materiallar)". Bakı: "Şərq-Qərb" – 483 səh. Ənvər Çingizoğlu, Bədəlbəylilər (Miriyevlər), "Soy" elmi-kütləvi dərgi, 2009, № 5, səh.34–48.

Xarici keçidlər Fərhad Bədəlbəyli Fərhad Bədəlbəyli — "Dəniz" kompozisiyası "Şuşa" kompozisiyası (tarda Sahib Paşazadə) Fərhad Bədəlbəylinin doğum günüdür

Kateqoriya:Fərhad Bədəlbəyli Kateqoriya:Bədəlbəylilər Kateqoriya:Film bəstəkarları Kateqoriya:Azərbaycan klassik pianoçuları Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:"Şöhrət" ordeni ilə təltif edilənlər Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri Kateqoriya:Bakı Musiqi Akademiyasının rektorları Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:Azərbaycan musiqi pedaqoqları Kateqoriya:SSRİ pianoçuları Kateqoriya:SSRİ klassik musiqiçiləri Kateqoriya:SSRİ bəstəkarları Kateqoriya:XX əsr pianoçuları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:XXI əsrin kişi pianoçuları Kateqoriya:XXI əsr Azərbaycan bəstəkarları