Tamar Baqrationi () — Gürcüstan çarı IV Davidin qızı, III Mənuçöhrün həyat yoldaşı.
Həyatı İlkin həyatı barədə məlumat çox az qalmışdır. XII əsrə aid "Çarlar çarı Davidin həyatı" Tamar və bacısı Katanı müvafiq olaraq "Şərqin və Qərbin çırağı" adlandırır və bununla Tamarın III Mənuçöhrə, Katanın isə Trapezund şahzadəsi, sebastokrator İsaak Komnenosa evlənməsinə işarə edir. Bu evlilik 1112-ci ildə baş tutmuşdur.Thomson, Robert W. (1996). Rewriting Caucasian history: the medieval Armenian adaptation of the Georgian chronicles; the original Georgian texts and the Armenian adaptation. Oxford: Clarendon Press. ISBN 0198263732.
Evliliyin siyasi əhəmiyyəti Şirvanşah I Əfridunun IV David ilə qohumluğu sayəsində Gürcülərlə ittifaq qurulmuş oldu, həmçinin Gürcüstan Səlcuqlara qarşı Şirvanşahlar kimi bir müttəfiq, Şirvanşahlar isə qıpçaqlara qarşı onlara ölkəsində yaşamağa verən Gürcüstan çarlı kimi siyasi müttəfiq tapdılar.Hasan, Hadi (1929). Falaki-i-Shirwani: His Times, Life and Works. London: Royal Asiatic Society.
Oğulları ilə münasibəti Ziya Bünyadova əsasən Mənuçöhrdən sonra taxta çıxan bütün Şirvanşahlar Tamarın oğulları olmuşlar. Mənuçöhrün ölümündən sonra Şirvanda taxt uğrunda mübarizə başlamış, Tamar da öz kiçik oğullarından birini dəstəkləmişdir.Sara Aşurbəyli, Şirvanşahlar dövləti, 2007 Qıpçaq muzdlularının köməyindən istifadə edən Tamar Şirvanı Gürcüstanın bir hissəsinə çevirmək fikrində idi. Lakin şahzadə Axsitan Eldənizlərin köməyi ilə qalib ayrılmış və anasını kiçik qardaşı ilə birgə Gürcüstana sürgünə göndərmişdir.Ziya Bünyadov, Azərbaycan Atabəylər Dövləti 1152-ci ildə artıq Tiğva monastırında rahibə idi. Ölümü barədə məlumat yoxdur. Lakin 1161-ci ildə qardaşıoğlu III Georgi ilə görüşdüyünü məlumdur. Oğlu daha sonra xaç suyuna salınmış və torpaq verilmişdir. Şervaşidze sülaləsinin əsası bu kiçik oğuldan başlayır.Toumanoff, Cyrille (1976). Manuel de Généalogie et de Chronologie pour l'histoire de la Caucasie chrétienne (Arménie, Géorgie, Albanie)
İstinad
Kateqoriya:Gürcüstan tarixi Kateqoriya:Baqrationlar Kateqoriya:Şirvan məleykələri