Şəbəkədə Tək () — məşhur polyak yazıçısı Yanuş Leon Vişnevskinin 2001-ci ildə nəşr edilmiş ilk romanıdır. Roman adsız və "@" işarəsi ilə qeyd edilmiş on fəsil və epiloqdan ibarətdir.

Məzmunu Romanda hadisələr XX əsrin 90-cı illərinin ortalarında baş verir. Romanın əsas qəhrəmanları qlobal internet şəbəkəsi, elektron poçt və ICQ vasitəsiylə tanış olurlar. Onlar söhbət edirlər, bir-birinə vurulurlar və narahatlıq yaşayırlar. Müəllif həm də onların hər ikisinin "şəbəkədən kənar" həyatını dost, ailə, iş, musiqi zövqlərini təsvir edir. Uzun müddət davam edən virtual münasibətdən sonra qəhrəmanlar Parisdə görüşürlər, bu görüşdən sonra isə onların münasibətlərində və hər birinin həyatında mühüm rol oynayan sınaqlar başlayır.

Romanın əsas hissəsi qəhrəmanların internetdə yazışmalarından ibarətdir. Müəllif yalnız əsas qəhrəmanlardan birinə — oğlana Yakub adını vermişdir. Qadın isə adsızdı.

"Əbədi olanlar arasında ən qısa ömürlü sevgidir" – romanın məzmununu dəqiq çatdırmağa çalışanlar onu daha çox bu cümlə ilə ifadə edirlər. Roman oxucular tərəfindən birmənalı qarşılanmayıb və hələ də forumlarda insanlar tərəfindən aktiv müzakirə edilməkdədir.

Romanın yazılma tarixi Romanın yazılması "uğurdan sonrakı depressiya" dövrünə təsadüf etmişdir – Yanuş Vişnevski kimya doktoru elmi rütbəsini əldə etdikdən sonra həyat yoldaşı ilə boşanmıışdı. Müəllif qeyd edir: "Mən sadəcə olaraq kədərli idim…Və qərara gəldim ki, belə bir tarixçəni yazmaq daha ucuz başa gələcək, nəinki psixoterapevtə müraciət etmək."

Romanın genişləndirilmiş versiyası "Şəbəkədə tək. Triptix" — Vişnevskinin "Şəbəkədə tək" romanının uğur qazanmasından sonra yazdığı genişləndirilmiş versiyanın adıdır. Oxucuların məkrublarını nəzərə alan müəllif "Şəbəkədə tək. Triptix"i nəşr etdirmək qərarına gəlir və bu kitaba romanın orijinal versiyası, oxucu məktubları ilə yanaşı, romanın sonunu yeni traktovkada təqdim edən ikinci epiloq – "Postepiloq" da daxildir.

Əlavə faktlar Romanda müxtəlif elmi faktlar qeyd edilir, məsələn Albert Eynşteynin beyninin oğurlanması təsvir olunur. Romanın doqquzuncu fəslində (@9) Boeing 747 təyyarəsinin qəzaya uğramasından bəhs edilir, bu hadisə həqiqətən də romanda qeyd edildiyi kimi 17 iyul 1996-cı ildə baş vermişdir. Müəllifin sözlərinə görə, romanın mövzu və ideyası hələ 1987-ci ildə onun ağlına gəlmişdi.

Ekranlaşdırılması 2006-cı ildə Maqdalena Tseletska və Andjey Xıranın baş rolları ifası və Vitold Adamekin rejissorluğu ilə roman əsasında film çəkilmişdir.

İstinadlar

Xarici keçidlər Yanuş Vişnevskinin saytı

Kateqoriya:2001-ci ilin kitabları Kateqoriya:Polşa ədəbiyyatı Kateqoriya:Polyak dilində kitablar Kateqoriya:Polyak ədəbiyyatı