thumb|400px|Rus Varyaqları və onların gəmiləri Qardarikidə, Rəssam: Nikolay Rerix. Rusların Xəzər yürüşləri — qədim rusların 864–1041-ci illərdə Xəzər dənizi sahillərinə etdiyi hərbi basqınlardır.Logan (1992), p. 201 Ruslar IX əsrdə Serklandda ortaya çıxdılar. Onlar Volqa ticarət yolu boyunca tacir kimi səyahət edir və xəz, bal və kölə satırdılar. İlk kiçik miqyaslı basqınlar IX əsrin sonları-X əsrin əvvəllərində baş verdi. Ruslar 914-cü ildə ilk böyük miqyaslı basqınlarını etdilər; 500 gəmi ilə gələrək müasir İran ərazisindəki Qorqanı və qonşu əraziləri talan etdilər və qul və qənimət əldə etdilər. Qayıdanda müsəlman xəzərlər şimal basqınçılarına Volqa deltasında hücum etdi və onları məğlub etdi. Qaçanlar orta Volqada yerli tayfalar tərəfindən öldürüldü.

944-cü il səfərində ruslar müasir dövrdə Azərbaycanda yerləşən Arranın paytaxtı Bərdəni işğal etdi. Ruslar bir neçə ay burada qaldı. Bu müddətdə onlar şəhərin sakinlərini öldürdü və böyük qənimət ələ keçirdi. Dizenteriyanın başlanması rusların qənimətlərlə birlikdə qaçmasına səbəb oldu. Kiyev şahzadəsi I Svyatoslav 965-ci ildə Xəzər xaqanlığını məhv edən növbəti hücuma başladı. Svyatoslavın hücumu rusların şimal-cənub ticarət yollarını əllərində tutmasının başlanğıcı oldu və bu regiounun demoqrafiyasının dəyişməsinə səbəb oldu. Basqınlar Xəzər dənizinə gedən yolu yenidən qurmaq üçün Səyyah İnqvar tərəfindən 1041-ci ildə edilən cəhdə qədər davam etdi.

Arxa plan və ilk basqınlar thumb|left|350px|Əsas Varyaq ticarət yollarını göstərən xəritə: Volqa ticarət yolu (qırmızı) və Dnepr ticarət yolu (bənövşəyi). VIII–XI əsr ticarət yolları narıncı rəngdə göstərilib. Ruslar ilk olaraq tacir kimi Xəzər dənizinə bitişik müsəlman ərazilərini ziyarət etdilər. IX əsrin əvvəllərinə qədər qədim skandinavlar şimal-şərqi Rusiyada məskunlaşdılar. Burada onlar Volxov çayının Ladoqa gölünə girişindən təqribən 6 mil (9.7 km) cənubda Aldeyqya (slavyanca: Ladoqa) adlanan koloniya qurdular. Buradan onlar Dnepr ticarət yoluyla Bizans imperiyasıyla və Volqa ticarət yoluyla Xəzər dənizi ətrafı müsəlman əraziləri ilə ticarət etməyə başladılar.Brøndsted (1965), pp. 64–65 IX əsrin axırlarında ibn Xordadbeh təsvir edir ki, aşağı Volqadakı ticarət bölgəsində ruslar xəzərlərdən mal alır və onları Xəzər şəhərlərindəki bazarlarda satırdılar;Logan (1992), p. 200 bu tacirlər xəz, bal və kölə gətirirdilər. Hətta rusların kiçik qrupları öz mallarını satmaq üçün dəvə üzərində Bağdad qədər uzaq yerlərə gedirdi; onların avropalı kölələri onlar üçün tərcümə edirdi.

Tomas Nunen təklif edib ki, ruslar 800-cü il kimi erkən bir vaxtda Bağdada çatmışdılar; bu fikri Sankt-Peterburq yaxınlığındakı Peterhofda 804–805-ci ildən əvvələ məxsus olan sasani, ərəb və sasani-ərəb dirhəmlərinin tapılması dəstəkləyir.Noonan (1987–1991) İbn Xordadbehin təsvirində ruslar "Sakalibanın bir növü"dür. Bu termin, əsasən, slavyanlar üçün istifadə edilir və qədim skandinav əleyhdarı alimlər bunu rusların skandinav yox, slavyan olmasının göstəricisi kimi izah edirlər. Qədim skandinav tərəfdarı alimlərin izahında Sakaliba sözü Mərkəzi, Şərqi, Şimal-şərqi Avropanın sarı saçlı, qırmızı sifətli bütün əhalilərinə aid edilir. Beləliklə, İbn Xordadbehin sözləri müəmmalıdır."Rus". Encyclopaedia of Islam

Rusların ilk Xəzər basqınları 864–884-cü illərdə Təbəristan hakimi olmuş Həsən ibn Zeydin dövründə baş verib. Ruslar Xəzər dənizində yelkən açdılar və onun şərq sahilinə, Abeskuna uğursuz hücum etdilər.Abaskun, first recorded by Ptolemy as Socanaa, was documented in Arab sources as "the most famous port of the Khazarian Sea". It was situated within three days' journey from Gorgan. The southern part of the Caspian Sea was known as the "Sea of Abaskun". See: B. N. Zakhoder (1898–1960). The Caspian Compilation of Records about Eastern Europe (online version ). Bu basqın böyük ehtimalla kiçik miqyaslı idi. İkinci basqın 909-cu il və ya 910-cu ildə baş verdiInformation about the Rus' raids comes largely from Muslim sources, which use the Islamic calendar. Because the years of the Islamic calendar do not map exactly to the years of the Gregorian calendar, an event dated to a certain year of the Islamic calendar may have occurred in either of the two consecutive years of the Gregorian calendar. və əvvəlki hücum kimi hədəf Abaskun idi; bu səfərdə yalnız 16 gəmi iştirak edirdi və kiçik miqyaslı idi. Üçüncü kiçik basqın 911-ci il və ya 912-ci ildə baş verdi.

914-cü il basqını thumb|right|250px|IX əsrin ortalarından XI əsrin ortalarına qədər Xəzər dənizi ətrafında baş verəm rus basqınlarının yerləri. Mavi rəngdəki tarixlər əsas rus basqınlarının baş verdiyi tarixlərdir. Bənövşəyi kontur 913-cü il Xəzər işğalının təsir etdiyi əraziləri təyin edir. Dövlət adları təqribən 950-ci ili təsvir edir. Rusların ilk böyük miqyaslı səfərləri 914-cü ildə baş verdi. 500 gəmidən ibarət donanma xəzərlərin ölkəsindən Xəzər dənizinin cənub sahillərinə çatdı. Xəzərlərin torpağından sakitçiliklə keçmək üçün ruslar qənimətlərinin yarısını xəzərlərə söz verdilər. Onlar dəniz vasitəsilə Dnepr çayından Qara dənizə, sonra Azov dənizinə, ordan Don çayına keçdilər. Sonra yolla (bir-birinə yaxın iki çay arasında zolaqla) Volqaya, ordan da Xəzər dənizinə keçdilər.

Ruslar Abaskun ətrafındakı Qorqan regionuna hücum etdilər və getdikləri kəndləri qarət etdilər. Ruslar Xəzər dənizinin cənub-qərbi hissəsindəki adalara yaxın yerdə lövbər salanda onları məğlub etmə cəhdi alınmadı və onlar daha sonra istədikləri kimi hərəkət etmək və basqınlar həyata keçirməyə qadir oldular. Dəniz boyunca ruslar Bakıya basqın etdilər, üç günlük məsafədəki yerlərə qədər dolaşdılar. Onlar Arran, Beyləqan və Şirvan ərazilərini qarət etdilər. Bacardıqları qədər hər yeri soydular, qadın və uşaqları qul olaraq apardılar. Ruslar evə qayıdarkən onların etdiyi işlərin sədası onlardan qabaq gəlib çatdı. Volqa deltasında Xəzər xaqanlığının müsəlmanları və həmçinin bəzi xristianları onlara hücum etdi. Görünür, Xəzər xaqanı da bu hücumun edilməsinə razı idi. Məsudiyə görə qaçanlar Bərtaş və İdil bulqarları tərəfindən məğlub edildi.

944-cü il basqını İlkin salnaməyə görə ikinci böyük miqyaslı basqın 944-cü ildə I İqor rusların ali lideri olduğu zaman baş verdi. 944-cü il səfərində ruslar Kür çayında Qafqazın dərinliyinə doğru hərəkət etdilər, Salarilər dövlətinin hökmdarı Mərzban ibn Məhəmmədi məğlub etdilər"Bardha'a". Encyclopaedia of Islam və Aranın paytaxtı Bərdəni ələ keçirdilər.Tarix. — Azərbaycan 7-ci əsrin ortaları – 13-cü əsrin əvvəllərində, səhifə 201. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017 Ruslar hakimiyyətlərinin tanınması qarşılığında yerli camaata öz dinlərində qalmağa imkan verdilər; mümkündür ki, ruslar burda daimi qalmaq istəyirdilər.Logan (1992), pp. 201–202; "Rus". Encyclopaedia of Islam İbn Miskəveyhə görə yerli insanlar ruslara daş ataraq və onlarla pis davranaraq sülhü pozdular. Ruslar sakinlərdən şəhəri tərk etmələrini tələb etdi. Bu ultimatum rədd edildi və ruslar insanları öldürməyə və fidyə üçün çoxunu əllərində saxlamağa başladılar. Bu qırğın danışıqlar üçün qısa da olsa dayandırıldı. Ancaq danışıqlar da pozuldu.Logan (1992), pp. 201–202 Ruslar Bərdə də bir neçə ay qaldılarAccording to Yaqut, they stayed for a whole year. "Bardha'a". Encyclopaedia of Islam və şəhəri qonşu əraziləri talan etmək və əhəmiyyətli dərəcədə qənimət toplamaq üçün mərkəz olaraq istifadə etdilər.Vernadsky (1959), p. 269 right|thumb|300px|943–944-cü illərdə Bərdə şəhərinin alınması, N. M Koçerqin, 1947-ci il. Ruslar arasında xəstəliyin yayılmasına görə Bərdə şəhəri xilas oldu.Logan (1992), p. 202 İbn Miskəveyh yazır ki, ruslar "həddindən artıq burada bir çox növü olan meyvəyə mübtəla olmuşdular. Bu onlar arasında epidemiyaya səbəb oldu . . . və beləcə onların sayı azalmağa başladı." Ruslar arasında yayılan epidemiyadan ürəklənən müsəlmanlar şəhərə yaxınlaşdılar. Başçıları uzunqulaq sürən ruslar uğursuz həmlə etdilər. 700 döyüşçülərini itirdikdən sonra ruslar mühasirəyə düşməkdən qorxdular və Bərdə qalasına sığındılar. Burada onlar müsəlmanlar tərəfindən mühasirəyə alındılar. Xəstəlikdən və mühasirədən yorulan ruslar "öz məhəllərini qurduqları qalanı gecə vaxtı tərk etdilər, götürə biləcəkləri qədər xəzinə, daş-qaş və gözəl paltarları öz arxalarında daşıdılar, istədikləri oğlanları və qızları götürdülər və Kür çayına doğru hərəkət etdilər. Burada öz ekipajları ilə hazır şəkildə onları evlərindən bura qədər gətirən gəmilər və onların qənimətin bir hissəsini verdikləri 300 rus gözləyirdi." Bundan sonra müsəlmanlar rusların qəbirlərindən basdırılarkən yanlarında olan silahları çıxaltdılar.

Georgi Vernadskiy təklif edib ki, Oleq Veşiy Bərdəyə hücum edən rusların uzunqulaq sürən başçısıdır. Vernadskiy Oleqi Kembric sənədində adı çəkilən Helqu ilə eyniləşdirir. Sənədə görə Helqu gəmi ilə İrana gedib və 941-ci ildə uğursuz Konstantinopol hücumundan sonra orada ölüb.Vernadsky (1959), p. 270; see also, e.g., Zuckerman 257–268; Christian 341–345. Ancaq Lev Qumilyov rusların lideri haqqında danışarkən fərziyyə yürüdür ki, bu lider 945-ci ildə İlkin salnamədə var-dövləti qeydə alınan, Varyaqlardan olan ataman Svenelddir.The Kievan chronicle mentions that the fabulous richness of Sveneld's troops (druzhina) incited such envy of Igor's warriors that they attempted to levy tribute from the Drevlians for the second time in one month. The Drevlians revolted and killed Igor in 944 or 945. Gumilev suggests that, while engaged in his successful Caspian expedition, Sveneld did not take part in Igor's unfortunate raid on Constantinople, which ended ignominiously. This scenario also explains the glaring absence of Sveneld's name from Igor's treaty with Byzantium (944), as preserved in the Primary Chronicle.

Xəzər xaqanlığının dağıdılması right|thumb|299px|Sarkeldə Xəzər qalasının yeri. I Svyatoslav tərəfindən təqribən 965-ci ildə dağıdılıb. 1930-cu illərdə Mixail Artamonovun rəhbərlik etdiyi ekskavasiyalar zamanı havadan şəkilmiş şəkil. Xəzərlər və ruslar arasındakı konfliktin kökləri haqqında mənbələr aydın məlumat vermir. Beləliklə, bir çox ehtimallar irəli sürülür. Ruslar Volqa ticarət yoluna nəzarəti xəzərlərdən almaqda maraqlı idilər, ona görə ki xəzərlər Volqa ilə daşınan mallardan vergi alırdılar. Eyni zamanda Bizansın təhriki də əhəmiyyətli rol oynadı. Xəzərlər erməni mənşəli Bizans imperatoru Roman I Lakapinin hakimiyyətinə qədər müttəfiq idilər. Roman I Lakapin imperiyasının yəhudilərini təqib etdirdi. Kembric sənədinə görə, Xəzər xaqanlığının hökmdarı İosif "çoxlu xristianları öldürərək" yəhudilərin təqib edilməsinə cavab verdi və Roman I Lakapin Oleq Veşiyi (Kembric sənədində Helqu adlanır) Xəzər xaqanlığı əleyhinə qızışdıraraq intiqam aldı.

Konfliktin qızışma səbəbi 913-cü il basqınına cavab olaraq xəzərlərin Volqa boyu keçidi bağlaması da ola bilər. Təqribən 950–960-cı illərdə yazılmış Xəzər yazışmalarında Xəzər xaqanı İosif özünün rus basqınlarına qarşı Xəzər regionundakı müsəlman xalqlarının müdafiəçisi kimi rolunu qeyd edir: "Mən onlara (ruslara) qarşı müharibə etməliyəm. Çünki əgər mən hər hansı bir şəkildə onlara fürsət versəm, onlar Bağdada qədər olan bütün müsəlman torpaqlarını viran qoyacaqlar.""Khazar". Encyclopaedia of Islam Təqribən 912-ci ildə Xəzər ordusunun müsəlman ünsürləri və rus talançıları arasında baş verən erkən konflikt rusların xəzərlərlə düşmənçilik etməsinə səbəb ola bilər.Christian (1999), p. 296