Armavir (şəhər) — 1932-ci ildə Sərdarabad şəhərinin dəyişdirilmiş adı. Armavir rayonu — 1932-ci ildə Sərdarabad rayonunun dəyişdirilmiş adı. Armavir mərzi — Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü olan 10 mərzindən (əyalətindən) biri. Armavir (qədim şəhər) — Qədim erməni Ararat çarlığının paytaxtı və dini mərkəzi. Yeni Armavir — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.