Azərbaycan–Kosta-Rika münasibətləri — Azərbaycan Respublikası ilə Kosta-Rika Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Diplomatik əlaqələr Kosta-Rika Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 28-də tanımışdır.Azərbaycanın Mərkəzi və Cənubi Amerika ölkələri ilə əlaqələri . "Səs" qəzeti, 2 fevral 2013, səh.14. anl.az

Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 1997-ci ilin yanvar ayının 15-də qurulmuşdur.Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az

Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır. Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Kosta-Rika Respublikasında fövqəladə və səlahiyyətli səfiri var. Belə ki, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri, həmçinin Kosta-Rika Respublikasına da akkreditə olunmuşdur.

Müqavilə-hüquq bazası Azərbaycan Respublikası ilə Kosta-Rika Respublikası arasında cəmi 1 sənəd imzalanmışdır. Həmin sənəd iki ölkənin Xarici İşlər Nazirlikləri arasında imzalanmış "Siyasi məsləhətləşmələrin yaradılmasına dair" anlaşma Memorandumudur.

İstinadlar