Tulnəbi — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın Türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.
Tarixi Rayon mərkəzindən 10 km məsafədə yerləşir. Nairi rayonu yaradılanadək, 1972-ci ilə kimi Əştərək rayonunun tərkibində olmuşdur.
Toponimi Toponim qədim Türk dilində "hasarlanmış, çəpərlənmiş yer" () mənasında işlənən tul sözü iləРадлов В.В. Опыт словарья тюркских наречий, т. III, ч.1–2, СПб, 1905. III (2), s.1466 Nəbi şəxs adı əsasında əmələ gəlib "Nəbinin hasarlanmış, çəpərlənmiş yeri" mənasını bildirir. XX əsrin əvvəllərinə aid mə’lumatda Tuli Nəbi kimidir. Yerli tələffüz forması Tülü Nəbi. 1918-ci ildə kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin az hissəsi geri qayıdaraq ermənilərlə qarışıq yaşamışdır. 1948–1949-cu illərdə əhali Azərbaycana köçürülmüşdür. Türk dillərində tula-"bataqlıqda çayırlı yer", "çəmən", "yaşıl otluq" və tula "dağ keçidi" sözündən və Nəbi şəxs adından ibarətdir. Atropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Saralanc qoyulmuşdur.
Əhalisi Kənddə 1873-cü ildə 227 nəfər, 1886-cı ildə 321 nəfər, 1897-ci ildə 261 nəfər, 1908-ci ildə 219 nəfər, 1914-cü ildə 406 nəfər, 1916-cı ildə 353 nəfərQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.22–23, 106–107, 1918-ilin yanvarında 379 nəfərИстория Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.219 yalnız azərbaycanlılar yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuş, Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Karbi kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri Kateqoriya:Kotayk mərzinin yaşayış məntəqələri