Mindoro ( ( — qızıl şaxta) — Filippin arxipelaqına daxildir.

Coğrafiya thumb|left|Mindoronun şimalınadkı çimərlik Sahəsi 10 571,8 km². Luzon adasının şimalında yerləşir. Adadan Verde boğazı ilə ayrılır. Luzon adaları qrupuna daxildir.

Dağlıq reylefə malikdir. İki massivə bölünür:Birinci şimal-qərbdə, ən hündür nöqtəsi Alkon dağıdır (2585), ikinci mərkəzdə, ən hündür nöqtəsi Bako dağıdır (2488 m). Suxurları qranit, diorit və bərk qaya suxurları. Şimal-şərqində Nauhan gölü yerləşir. Çayları isə kiçikdir.

Subekvatorial (musson) iqlimə malikdir. Şərqində yağıntılar il ərzində bərabərdir. Qərbdə iki mövsüm xarakterikdir. Yayda və payızda rütubətli, qışda və yazda qurudur. Burada musson və tropik meşələrlə örtülüdür. Manqrov meşələri üstünlük təşkil edir.

İnzibati bölgü Ada iki inzibati vilayətə bölünür : Qərbi Mindoro (452 971 nəfər) və Şərqi Mindoro (785 602 nəfər). Ardıcıllığa uyğun olaraq Mamburao və Kalapan şəhərləri viıayətlərin paytaxtlarıdır. Üstəlik adada 5 kiçik şəhərdə vardır ki, onların 10,000 əhalisi vardır. Ümumi əhalisi 1 238 573 nəfər (2010 год) təşkil edir.,

İqtisadiyyat Adada düyü, şəkərqamışı, kokos palması bitkilər əkilir. Qızıl çıxarılır, sahil bölgəsində isə balıqçılıqla məşğul olunur. Puerto-Qalerada turizm inkişaf etdirilir.

İstinadlar

Ədəbiyyat Böyük Sovet ensiklopediyası, ton 16, M.- 1974.

Mənbə Mindorenyos Community Mindoro

Kateqoriya:Filippin adaları Kateqoriya:Cənubi Çin dənizi adaları Kateqoriya:Sakit okeanın adaları