Xoznavar — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 45 km məsafədə yerləşir. Kəndin qədim adı Xaznavar, Xandzaberd olmuşdurКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство «Мелконян фонд», 1932, с. 28.
Toponimin ilkin, qədim formasına (Xaznavar//Xandaberd) əsasən bu qənaətə gəlirik ki, kəndin adı qədim türk tayfalarından biri olan gencək (xazna, xandza) etnonimi ilə Azərbaycan dilində "möhkəmləndirilmiş istehkamı olan kənd", "qala" mənasında işlənən varМурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.113 birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Mürəkkəb quruluşlu toponimdir.
Əhalisi 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 86 nəfər, 1897-ci ildə 180 nəfər azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 28-29, 112-113.
1918-ci ildə kənddə yaşayan azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur. 1918-ci ildən sonra burada yalnız ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Zəngəzur kəndləri Kateqoriya:Gorus rayonunun kəndləri