Səfa Abbas oğlu Mirzəyev () — Azərbaycan hüquqşünası və ictimai-siyasi xadimi, hüquq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri (1997–2022), həqiqi dövlət müşaviriAzərbaycanda ən yüksək rütbələri kimlər daşıyır? – ADLAR, Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu (2006).

Həyatı Səfa Abbas oğlu Mirzəyev 1952-ci il mayın 12-də anadan olub.

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur.

1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib.

1992-ci ildən Milli Məclis Aparatında işləyir. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.

6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.

1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olmuşdur.

Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 22 iyun 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu" fəxri adı, 11 may 2012-ci ildə "Şöhrət" ordeni S. A. Mirzəyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı , 11 may 2022-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.S. A. Mirzəyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

13 may 2022-ci ildə Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Səfa Mirzəyev 22 iyul 2024-cü ildə vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.

Kitabları Mirzəyev S. A. Qanunçuluq və hüquq qaydaları. Bakı, 1980.

İstinadlar

Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Hüquq üzrə fəlsəfə doktorları