Şıxlar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 19 km cənub-qərbdə, Vedi çayından axan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xərtisində qeyd edilmişdirПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.296.
Toponim qazaxlar türk tayfasının bir qolunu təşkil edən şıxlar etnonimiШопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи , СПб, Типография императорский Академии Наук, 1852. s.535 əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 26. XII. 1968-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lusarat qoyulmuşdur.
Əhalisi Kənddə 1831-ci ildə 141 nəfər, 1873-cü ildə 649 nəfər, 1886-cı ildə 714 nəfər, 1897-ci ildə 790 nəfər, 1904-cü ildə 802 nəfər, 1914-cü ildə 882 nəfər, 1916-cı ildə 723 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.86-87, 156-157.
1918-1919-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, İran yə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər.
1922-ci ildə burada 102 nəfər azərbaycanlı, 110 erməni, 1926-cı ildə 115 nəfər azərbaycanlı, 48 erməni, 1931-ci ildə 167 nəfər azərbaycanlı, 94 erməni, 1972-ci ildə 1500 nəfər azərbaycanlı, 220 erməni yaşamışdır.
1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla qovulmuşdur. İndi burada yalnız ermənilər məskunlaşıb.
İstinadlar
Kateqoriya:Vedibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri