Azərbaycan–Səudiyyə Ərəbistanı münasibətləri — Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı arasındakı mövcud ikitərəfli əlaqələr
Tarixi Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikasının münasibətlərinin qədim tarixi vardır. Hərə orta əsrlərdən Azərbaycanlı şairlər ərəb dilində böyük əsərlər yaratmışdılar. Bu əsərlər dünya ədəbiyyatının inciləri olmaqla yanaşı Azərbaycan və Ərəb mədəniyyətinin inkişafında böyük rol oynamışdır.Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri "HEYDƏR ƏLİYEV İRSİ" Beynəlxalq Elektron Kitabxana
Səudiyyə Ərəbistanı Azərbaycan Respublikasının müstəqilliyini 30 dekabr 1991-ci ildə tanımışdır.
Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 24-də qurulmuşdurAzərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az .
Fövqəladə və səlahiyyətli səfirlər 1994-cü ilin aprel ayından Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında Səfirliyi fəaliyyət göstərir. 1994-cü ilin 21 noyabr tarixindən Səudiyyə Ərəbistanı Krallığının Türkiyədə və eyni zamanda Azərbaycanda səfiri akkreditə olunmuşdur. 1999-cu ilin iyun ayından Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Səfirliyi fəaliyyət göstərir. Hazırda Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rasim RzayevdirR.Ş.Rzayevin Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli, 2420 nömrəli Sərəncamı. e-qanun.az (azərb.).
Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az . Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Şamil Qurbanov olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az . 4 mart 2016-cı il tarixindən Fəttah Heydərov işçi qrupunun rəhbəridir.
Rəsmi sənədlər Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında 12 sənəd imzalanmışdır.
İqtisadi əlaqələr 20 sentyabr 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" imzalanan zaman Səudiyyə Ərəbistanı Krallığı da bu müqavilədə təmsil olunub. Hazırda müqavilədə "Delta-Hess" şirkəti 2,72% paya malikdir.
28 dekabr 2002-ci ildə Səudiyyə İnkişaf Fondu Bakı şəhərində orta mətkəb binalarının tikinti layihələrini həyata keçirmək məqsədilə Azərbaycan hökumətinə 35.7 milyon rial həcmində kredit ayırması barədə qərar qəbul etmişdir. 2009-cu ildə Abşeronun su təchizatı və kanalizasiya sisteminin bərpası və genişlənməsinə 25 milyon ABŞ dolları məbləğində kredit ayırmıdşır. 2010-cu ildə Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı ilə ticarət əlaqələrinin idxal dəyəri 397,3 ABŞ dolları, ixrac dəyəri isə 51,1 ABŞ dolları təşkil etmişdir.
Əmtəə dövriyyəsi (min doll.) İlİxracİdxalÜmumi dövriyyəsi20201 789,3511 707,8213 497,17202112 467,6914 546,4827 014,1720223 257,5419 680,8622 938,4
Mədəni əlaqələr Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında mədəni əlaqələr hələ sovet dövründən mövcud olmuşdur. Azərbaycan Sovet Sosialist Respublikası dövründə Azərbaycanda Ərəb dili, tarixi və mədəniyyətinin araşdırılmasına xüsusi maraq olmuş və bu sahədə Azərbaycanda məşhur alimlər yetişmişdir. Müstəqillik dövründə bu əlaqələr öz inkişaf dövrünə qədəm qoydu. 10-17 noyabr 2007-ci ildə Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad, Ciddə və Dəmmam şəhərlərində Azərbaycanın mədəniyyət günləri keçirilmişdir.
18 yanvar 2008-ci ildə Azərbaycan Respubliaksının prezidenti İlham Əliyevin sərəncamı ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Əli Həsən Əhməd Cəfər iki ölkə arasında döstluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.Əli Həsən Əhməd Cəffərin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2008-ci il tarixli, 2628 nömrəli Sərəncamı. e-qanun.az (azərb.)
Qardaşlaşmış şəhərlər Bakı, Azərbaycan – Ciddə, Səudiyyə ƏrəbistanıBakının qardaşlaşdığı şəhərlər - SİYAHI . modern.az, 16.02.2016
İdman sahəsində əməkdaşlıq Futbol qarşılaşmaları
Həmçinin bax Azərbaycanın Səudiyyə Ərəbistanı səfirliyi Səudiyyə Ərəbistanının Azərbaycan səfirliyi Azərbaycanın xarici siyasəti
İstinadlar
Xarici keçidlər Azərbaycanin Səudiyyə Ərəbistanıdaki səfirliyi Rəsmi sayti Səudiyyə Ərəbistanınin Azərbaycandaki səfirliyi Rəsmi sayti