Azərbaycan — Yeniyetmələrin Olimpiya Oyunlarında. 2010-cu ildə Yeniyetmələrin Olimpiya Oyunlarında debüt edən Azərbaycan 2010, 2014 və 2018-ci illərdə olmaqla üç dəfə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında, 2020-ci ildə olmaqla isə bir dəfə Yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparıb.
Yeniyetmələrin Olimpiya Oyunları tarixi ərzində Azərbaycan 12 qızıl, 10 gümüş və 4 bürünc medala sahib olub.
Tarixi
2010 Sinqapur Olimpiadası
Azərbaycan 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 12 idmançı ilə 7 idman növündə təmsil olundu.
Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 5 qızıl və 3 gümüş medalla başa vurdu. Komandanın heyətində güləşçilər Murad Bazarov (qızıl), Elman Muxtarov (qızıl), Patimat Bəhəmmədova (qızıl), Əli Məhəmmədəbirov (qızıl) və Kənan Quliyev (gümüş), ağır atlet Nicat Rəhimov (qızıl), boksçular Salman Əlizadə (gümüş) və Elvin İsayev (gümüş) medala sahib oldu.
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 8 medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 11-ci pillədə, medalların sayına görə isə 18-ci pillədə qərarlaşdı.
2014 Nancin Olimpiadası thumb|450x450px|alt=|Azərbaycan Prezidenti İlham Əliyev Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançılar və onların məşqçilərini qəbul edən zaman
Azərbaycan 2014-cü ildə Çinin Nancin şəhərində baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 21 idmançı ilə 9 idman növündə təmsil olundu.
Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin II Yay Olimpiya Oyunlarını 5 qızıl, 6 gümüş və 1 bürünc medalla başa vurdu. Komandanın heyətində güləşçilər İslambəy Dadov (qızıl), Teymur Məmmədov (qızıl), İqbal Hacızadə (qızıl), Cabbar Nəcəfov (gümüş) və Leyla Qurbanova (gümüş), taekvondoçular Səid Quliyev (qızıl) və Cerən Özbək (gümüş), boksçu Rüfət Hüseynov (qızıl), cüdoçular Natiq Qurbanlı (gümüş) və Leyla Əliyeva (gümüş), akademik avarçəkən Boris Yotov (gümüş) və yüngül atlet Nazim Babayev (bürünc) medala sahib oldu.
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 12 medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 10-cu pillədə, medalların sayına görə isə 14-cü pillədə qərarlaşdı.
2014-cü il Nancin Olimpiadası Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunları tarixində ən uğurlu nəticə göstərdiyi turnir olaraq tarixə düşdü. Komanda həm qızıl medalların sayına, həm də medalların sayına görə 2010 və 2018-ci illərdə baş tutan olimpiadaların nəticələrini arxada qoydu.
2018 Buenos-Ayres Olimpiadası
Azərbaycan 2018-ci ildə Argentinanın Buenos-Ayres şəhərində baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə 10 idman növündə təmsil olundu.
Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin III Yay Olimpiya Oyunlarını 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurdu. Komandanın heyətində güləşçilər Turan Bayramov (qızıl) və Şahanə Nəzərova (bürünc), cüdoçu Vüqar Talıbov (qızıl), ağır atlet Tarmenxan Babayev (gümüş), taekvondoçu Cavad Ağayev (bürünc) və boksçu Nurlan Səfərov (bürünc) medala sahib oldu.
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 6 medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 35-ci pillədə, medalların sayına görə isə 38-ci pillədə qərarlaşdı.
2018-ci il Buenos-Ayres Olimpiadası Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunları tarixində ən uğursuz nəticə göstərdiyi turnir olaraq tarixə düşdü. Komanda həm qızıl medalların sayına, həm də medalların sayına görə 2010 və 2014-cü illərdə baş tutan olimpiadaların nəticələrindən geri qaldı.
2020 Lozanna Olimpiadası
Azərbaycan 2020-ci ildə İsveçrənin Lozanna şəhərində baş tutan Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında bir idmançı ilə bir idman növündə təmsil olundu.
Tarixdə birinci dəfə Yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan, turniri medalsız başa vurdu.
Nəticələri
Olimpiadalar üzrə medal cədvəli
Yeniyetmələrin Yay Olimpiya Oyunlarıİlİdmançıİdman18x18px18x18px18x18px34x34px 2010 Sinqapur1275308 2014 Nancin21956112 2018 Buenos-Ayres17102136 2026 Dakar
Yeniyetmələrin Qış Olimpiya Oyunlarıİlİdmançıİdman18x18px18x18px18x18px34x34px 2012 İnsbrukmübarizə aparmadı 2016 Lillehammer 2020 Lozanna110000 2024 Kanvondo
İdman növləri üzrə medal cədvəli Sıraİdman növü18x18px18x18px18x18px34x34px120x20px Güləş83112220x20px Boks1214320x20px Cüdo1203420x20px Taekvondo1113520x20px Ağır atletika1102620x20px Akademik avarçəkmə0101720x20px Yüngül atletika0011Cəmi1210426
Gender üzrə medal cədvəli SıraGender18x18px18x18px18x18px34x34px116px Oğlan117321216px Qız1315Cəmi1210426
Medalçıların siyahısı thumb|296x296px|alt=|Vüqar Talıbov Azərbaycanın idman tarixinə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qalib olan birinci cüdoçu olaraq düşdü MedalMedalçıİdman növüYarışOlimpiada15x15pxMurad BazarovGüləşOğlanlar, yunan-roma, −42 Kq.2010 Sinqapur Olimpiadası15x15pxElman MuxtarovGüləşOğlanlar, yunan-roma, −50 Kq.15x15pxPatimat BəhəmmədovaGüləşQızlar, sərbəst, −52 Kq.15x15pxNicat RəhimovAğır atletkaOğlanlar, −69 Kq.15x15pxKənan QuliyevGüləşOğlanlar, sərbəst, −54 Kq.15x15pxƏli MəhəmmədəbirovGüləşOğlanlar, sərbəst, −100 Kq.15x15pxSalman ƏlizadəBoksOğlanlar, −48 Kq.15x15pxElvin İsayevBoksOğlanlar, −57 Kq.15x15pxNatiq QurbanlıCüdoOğlanlar, −55 Kq.2014 Nancin Olimpiadası15x15pxLeyla ƏliyevaCüdoQızlar, −44 Kq.15x15pxCerən ÖzbəkTaekvondoQızlar, −44 Kq.15x15pxBoris YotovAkademik avarçəkməOğlanlar, fərdi15x15pxSəid QuliyevTaekvondoOğlanlar, −73 Kq.15x15pxCabbar NəcəfovGüləşOğlanlar, yunan-roma, −50 Kq.15x15pxİslambəy DadovGüləşOğlanlar, yunan-roma, −69 Kq.15x15pxNazim BabayevYüngül atletikaOğlanlar, üçtəkanla tullanma15x15pxLeyla QurbanovaGüləşQızlar, sərbəst, −62 Kq.15x15pxTeymur MəmmədovGüləşOğlanlar, sərbəst, −63 Kq.15x15pxİqbal HacızadəGüləşOğlanlar, sərbəst, −100 Kq.15x15pxRüfət HüseynovBoksOğlanlar, −49 Kq.15x15pxVüqar TalıbovCüdoOğlanlar, −60 Kq.2018 Buenos-Ayres Olimpiadası15x15pxCavad AğayevTaekvondoOğlanlar, −63 Kq.15x15pxTarmenxan BabayevAğır atletikaOğlanlar, −85 Kq.15x15pxŞahanə NəzərovaGüləşQızlar, sərbəst, 43 Kq.15x15pxTuran BayramovGüləşOğlanlar, sərbəst, −65 Kq.15x15pxNurlan SəfərovBoksOğlanlar, −60 Kq.
Bayraqdarların siyahısı OlimpiadaBayraqdarİdman növü2010 SinqapurŞaban ŞahpələngovBoks2014 Nancinİqbal HacızadəGüləş2018 Buenos-AyresNurlan SəfərovBoks2020 LozannaYekaterina RyabovaFiqurlu konkisürmə
Həmçinin bax Azərbaycan Olimpiya Oyunlarında
İstinadlar
*