Qızılı beş () və ya Qızılı beş gördüm () — ABŞ rəssamı Çarlz Demut tərəfindən 1928-ci ildə çəkilmiş rəsm əsəri. Rəsm əsəri çəkilərkən kubizm və presizionizmdən təsirlənmişdir. Çarlz Demut rəsm əsərini dostu Vilyam Karlos Vilyamsa hörmət əlaməti olaraq çəkmişdir. Rəsm əsəri Vilyam Karlos Vilyamsın "Böyük rəqəm" şeirinə istinad edir. Bu şeirdə yağışlı gecədə şəhərin küçələri boyunca (güman ki, Nyu York şəhərində) bir yerə tələsən yanğınsöndürmə maşını təsvir edilmişdi. Rəsm əsəri adını bu şeirdə işlədilmiş bir ifadədən almışdır.
İstinadlar
Xarici keçidlər ABŞ Metropoliten muzeyinin katoloqunda rəsm əsəri.
Kateqoriya:1928-ci ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Presizionizm Kateqoriya:Futurizm Kateqoriya:Kubizm Kateqoriya:Gecə vaxtını təsvir edən rəsm əsərləri