Pərinuş Sənii İran əsilli yazıçı, sosioloq və psixoloqdur Tehran Universitetinin psixologiya fakultəsində təhsil almışdır. Yazar kimi məşhurlaşmağına səbəb isə 2003-cü ildə qələmə aldığı "Mənim payım" (irn: Sahm-e man) avtobioqrafik romanıdır.
Mənim Payım Əsər 2013-cu ildə Sara Xəlili tərəfindən ingilis dilinə "The book of fate" adı ilə tərcümə edilmişdir. 26 dilə tərcümə olunan əsər həmçinin "World Literature Today" tərəfindən 2013 -cü ildə "ilin ən dəyərli 75 tərcüməsi" siyahısında yer almışdır. Əsərin italyan dilinə olan tərcüməsi 2010-cu ildə məşhur "Covanni Bokkaçço" mükafatına layiq görülmüşdür.
Atası və qardaşları 16 yaşlı Məsuməni üzünü görmədiyi oğlana zorla ərə verirlər. Məsumə başqasını sevir. Ali təhsil almaq istəyir. Zorla ərə verildiyi oğlana təslim olmaqdansa, özünəqəsdi üstün bilən Məsumə hələ bilmir ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdı. Sadə və dindar ailənin hicablı, imanlı qızı ateistlərin, solçuların, inqilabçıların arasına düşür.
Hazırda mühacirətdə yaşayan Səniinin bu əsəri İranda 2 dəfə qadağan olunmuşdur. “Mənim payım” avtobioqrafik romanında İran qadınının həyatı, ailədə, cəmiyyətdə ona olan münasibət sadə və natural şəkildə təsvir olunur.
İstinad Kateqoriya:XXI əsrin romançıları Kateqoriya:İran şəxsləri Kateqoriya:İran feministləri Kateqoriya:İran yazıçıları Kateqoriya:XXI əsr ədəbiyyatı