Daşkənd klanı Özbəkistanın Daşkənd şəhəri ilə bağlı olan, ölkənin Milli Təhlükəsizlik Xidmətini (Milliy Xavfsizlik Xizmati), 2005-ci ilin sonlarından etibarən isə Daxili İşlər Nazirliyini təsir altında saxlayan güclü siyasi qruplaşmadır. Onun Özbəkistan hökumətinə nəzarətdə ən böyük rəqibi isə Səmərqənd klanıdır.Uzbekistan: Karimov appears to have political clans firmly in hand RadioFreeEurope/RadioLiberty
Daxili İşlər naziri, Səmərqənd klanının üzvü Zakir Almatov 2005-ci ilin sonlarında səhhəti ilə əlaqədar xidmətini davam etdirə bilməyəcəyini bildirərək istefa verdi. Onun yerinə Prezident İslam Kərimov Daşkənd klanından olan, Milli Təhlükəsizlik Xidmətinin direktor müavinini təyin etdi. Bəzi analitiklərin ehtimalına görə, 1999-cu il Daşkənd terror aktlarını məhz Almatovun rəhbərliyi altında Daxili İşlər Nazirliyi həyata keçirmişdi. Digərlərinin fikrincə isə bombalı hücumların həmin vaxt Daşkənd klanının başçısı Rüstəm İnoyatovun rəhbərliyi altında Milli Təhlükəsizlik Xidməti tərəfindən təşkil edilmişdi. Analitiklər hesab edir ki, 2004-cü ildə Daşkənd və Buxarada baş vermiş bombalı hücumlar da Daxili İşlər Nazirliyi əleyhinə Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilmiş ola bilər.Uzbekistan: Islam Karimov vs. The clans RadioFreeEurope/RadioLiberty
İstinadlar
Xarici keçidlər Preparations for the power changes begin in Uzbekistan The president of Uzbekistan is the one and only diplomat
Həmçinin bax Mərkəzi Asiya klanları Səmərqənd klanı Cizzəx klanı
Kateqoriya:Özbəkistan