Georsi-Stefanie Pikard (8 fevral 1991) — Kanadalı oxatan. Georsi-Stefanie Pikard Kanadanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi.
Karyerası Georsi-Stefanie Pikard birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Taybeyinin nümayəndəsi Tan Ya-Ting ilə üz-üzə gəldi. Həmin görüşdə Georsi-Stefanie Pikard rəqibinə 1:7 hesabı ilə uduzdu.
Mənbələr İstinadlar
Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında oxatanlar