Zavadovski adası () — Cənubi Sandviç adaları qrupuna daxil olan vulkan məşhəlli ada. Atlantik okeanın cənubunda yerləşir. İnzibati cəhətdən Böyük Britaniyanın Cənubi Georgiya və Cənubi Sandviç adalarına daxildir. Sahəsi 25 km²-dir. Adada Cənubi Afrika Respublikasına məxsus olan meteoroloji stansiya vardır.
Coğrafiya thumb|left|Adanın səmadan görünüşü thumb|left Zavadovski adası Cənubi Georgiya adasından 540 km cənub-şərqdə qərarlaşır. Antarktidadan şimal-şərqdə qərarlaşır. Leskov və Vısoki adaları ilə birlikdə Traverse arxipelaqına daxildir. Arxipelaqın şimalında qərarlaşır. Ada dairəvi formaya malikdir. Diametri 5 km²-dir. Stratovulkannın hündürlüyü 551 metrdir (Maunt-Kerri). Adada püskürmə 1819-cu ilə təsadüf edir. Şərqi düzənlikdir.
Adada Antarktika pinqvininin böyük koloniyası mövcuddur.
Tarix Ada 1819-ci ildə Faddey Belinshauzen tərəfindən kəşf edilmişdir. Ada Vostok gəmisinin komadir köməkçisi olan İvan İvanoviç Zavadovskinin şərəfinə adlandırılmışdır.
Turizm 1982-ci ildən ada turizmə açılmışdır. İstinadlar
Xarici keçidlər
Zavodovski, South Sandwich Islands with images
Kateqoriya:Cənubi Sandviç adaları Kateqoriya:Atlantik okeanın yaşayış olmayan adaları