Şelikan — Oxot dənizində, Amaxton körfəzi ərazisində yerləşən ada. Sahəsi 0,1 km², hündürlüyü 70 m təşkil edir. Sahilləri hündür və sıldırımlıdır. Adada qağayılar koloniya əmələ gətirirKondratyev, A. Y., Litvinenko, N. M., Shibaev, Y. V., Vyatkin, P. S., & Kondratyeva, L. F. (2000). "The breeding seabirds of the Russian Far East" . Seabirds of the Russian Far East, 37-81. . Bitki örtüyü zəngin deyil. Ərazisində daş ağcaqayını meşə əmələ gətirir. Burada 53 növ bitkiyə rast gəlmək olur. Ada təqribi olaraq 5-6 min il öncə meydana gəlmişdir. Yaxınlığında yerləşən kiçik Umara və Vdovuşka adası ilə birlikdə materikə yaxın yerləşir. İnzibati cəhətdən Maqadan vilayəti ərazisində yerləşir. İstinadlar

Kateqoriya:Oxot dənizi adaları Kateqoriya:Maqadan vilayəti adaları Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Olski rayonu coğrafiyası Kateqoriya:Oxot dənizinin yaşayış olmayan adaları