300px|thumb|Şəhərin işgüzar mərkəzi. İrvin () — ABŞ-nin Kaliforniya ştatının Orindj əyalətində yerləşən şəhər. Əhalisi 223 729 nəfərdir (2012).
Burada Kaliforniya Universitetinin filialı, həmçinin Blizzard Entertainment, Broadcom və Verizon Wireless kimi nəhəng şirkətlərin ofisləri yerləşir.
İrvin əsasən orta məktəb təhsilinin yüksək olması ilə məşhurdur. 2008 -ci ildə təhsilsəviyyəsinin göstəricilərinə görə bu şəhər ABŞ üzrə 4-cü yerə, yaşayış səviyyəsinin göstəricilərinə görə isə 5-ci yerə layiq görülüb. Bundan əlavə Federal Təhqiqat Bürosu 2010-cu ildə əhali sayı 100 000 nəfərdən çox olan şəhərlər arasında cinayətkarlıq səviyyəsi ən aşağı olan şəhər elan etmişdir. 2008-ci ildə İrvayn əhali sayı 65 000 nəfərdən çox olan şəhərlər arasında əhalinin orta aylıq gəlirinə görə yeddinci yeri tutmuşdur.
Demoqrafiya ABŞ əhalisinin 2010-cu il siyahıyaalma məlumatlarına görə İrvinin əhalisi 212 375 nəfər təşkil edir. Əhalinin sıxlığı hər km² 1233,9 nəfərdir. İrqi əsası: 50,5 % aglar, 39,2 % asiyalılar, 1,8 % qaradərililər, 0,2 % yerli amerikalılar, 0,2 % havaylılar və sakit okean adalarından, 2,8 % digər irqlərdən, 5,5 % isə iki və daha çox irqin qarışıqlarından ibarətdir.
İqlim İrvinin iqlimi Aralıq dəniz iqliminə oxşardır. Yağış əsasən qışaylarında yağır.
Biznes İrvində baş ofisi olan şirkətlərin siyahısı:
Allergan, Inc. ATEN Technology, Inc. (a division of ATEN International, Inc.) BAX Global Blizzard Entertainment Boot Barn Broadcom Corporation CorVel Corporation eMachines Epicor Software Corporation Felt Bicycles Fisker Coachbuild Freedom Communications Gateway, Inc. Golden State Foods HID iLounge K2 Network Kofax In-N-Out Burger LA Fitness Maruchan, Inc. Meade Instruments Masimo O’Neill, Inc. Online Trading Academy Obsidian Entertainment Paragon Software Group Point of View, Inc. Printronix Quicksilver Software Ready at Dawn Red 5 Studios Ruby's Diner St. John Standard Pacific Homes Spectrum Group International Superformance, LLC Taco Bell (a division of Yum! Brands, Inc.) Ultimate Ears Vizio WaterHealth International Western Digital Western Mutual Insurance Group Zymo Research
Həmçinin aşağıda sadalanan korporasiyaların İrvində təmsilçilikləri vardır:
Asics Atlus BenQ Corporation Kia Motors Marukome Mazda Nikken NHN Samsung (Electronics IT and Printing Division) Shimano Toshiba Corporation
Qardaşlaşmış şəhərlər Hermosillo () (Sonora, Meksika) Tsukuba () (İbaraki prefekturası, Yaponiya) Taoyuan () (Taoyuan (Çin Respublikası), Çin Respublikası)
İstinadlar
Xarici keçidlər City of Irvine — Homepage
Kateqoriya:Kaliforniya şəhərləri