Mark Eliyahu ( ) – yəhudi əsilli kamança ifaçısı.

Həyatı Mark Eliyahu 1982-ci il 13 iyulda Dağıstanda anadan olub və ailəsi ilə birgə 1989-cu ildə İsrailə köçüb. 16 yaşında olarkən Habil Əliyevin kamança ilə ifasına qulaq asır. Bundan təsirlənən Mark Bakıya köçür və Ədalət Vəzirovun rəhbərliyi altında kamança dərsləri almağa başlayır.

Musiqi karyerası 1999-cu ildə Eliyahu "The Spirit of the East" adlı konsertdə çıxış etmişdir. Bu konserti onun atası Piris Eliyahu bəstələmişdir. Həmçinin, konsertdə Alim Qasımov və onun qızı Fərqanə Qasımova da iştirak etmişdilər. Bundan başqa o, bu ildə İsrail Çəmbər Orkestrasının solisti kimi İsrail Musiqi festivalında iştirak etmişdir. 2004-cü ildə o,"Voices of Judea" adlı ilk solo albomunu buraxır.

Filmoqrafiya Filmlər İl Filmin adı Rol Qeyd 2012 Balada Le'aviv Habohe Özünü Baş rol

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Dağıstan şəxsləri Kateqoriya:İsrail musiqiçiləri Kateqoriya:İsrail müğənniləri