Məhəmmədqasım ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşir () — Qarabağ xanlığının xanzadələrindən biri, Qarabağ xanı İbrahimxəlil xanın VII oğlu, Rusiya İmperator Ordusunun polkovniki.
Həyatı İbrahimxəlil xanın yeddinci oğlu Məhəmmədqasım ağa 1786-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Anası AKAK-a görə Allahyar bəy ÜngütlününАКАК. Т. II. С. 695–696., əslində isə Allahyar bəy Molla Hüseynəli bəy oğlu Dədəlinin qızıdır. Saray təhsili almışdı. Qarabağ xanllığının Rusiya imperiyasının tərkibinə keçməsini rəsmiləşdirən Kürəkçay sazişinin nəticəsində podpolkovnik rütbəsi daşıyırdı. 1806-cı ildə Rusiya-Qacar müharibəsinin gedişatında mayor Lisaneviç tərəfindən İbrahimxəlil xan və ailəsinin qətlə yetirilməsi xəbərini eşidən zaman qardaşı Xanlar ağa kimi Məhəmmədqasım ağa da Qacar imperiyasına sığınmışdır. O, Qarabağa yalnız Gürcüstandakı yeni Qafqaz komandanı Knyaz Qudoviçin (1806–1809) icazəsindən sonra 1807-ci ildə geri dönə bildi və andını yenilədi.АКАК. Vol. III. p. 346, doc. № 635
1822-ci ildə Qarabağ xanlığı Rusiya imperiyası tərəfindən ləğv edildi və birbaşa imperiya torpaqlarına birləşdirildi. Bunun qarşılığında Məhəmmədqasım ağaya 12 kənd və köçəri obaları verildi. Bunlara Dövlətyarlı, Qaynaq, Azıq, Gövşat, Dərəbas, Əlişarlı, Qaraqoyunlu adlı kəndləri, Çobankərə, Məburlu, Nökər, Arasbarlı-Gəmiçi adlı obaları daxil idi.
1823-cü ilin dekabr ayının 24-də Qafqaz Korpusunun komandanı Yermolovun əmri ilə, Əlahiddə Qafqaz Korpusuna etdiyi xidmətlər və yaxşı davranışı nəzərə alınaraq ona illik 600 gümüş rublluq təqaüd kəsildi və rütbəsi qaldırıldı. Onun ölümündən sonra bu təqaüd miqdarının yarısınin onun ailəsinə verilməsi davam etdirildi. Bu, 1844-cü ilin 4 martından sonraya aid idi və Şamaxı quberniyasl dövlət şurasının qərarı olmaqla birlikdə, dövlət xəzinəsindən verilməli idi.РГИА. Ф. 1268. Оп. 2. Д. 731б. Л. 103. Məhəmmədqasım ağa böyük mülkədar idi. Dövlətyarlı, Qaynaq, Azıq, Gövşat, Dərəbas, Əlişarlı, Qaraqoyunlu adlı kəndləri, Çobankərə, Məburlu, Nökər, Arasbarlı-Gəmiçi adlı obaları vardı.
Məhəmmədqasım ağa təxminən 1844-cü ildə vəfat edib.
Ailəsi Məhəmmədqasım ağa Tiflisli vəzir Mirzə Rəbinin qızıyla, Əsəd bəy Sarıcalı-Cavanşirin qızı Xədicə bəyimlə, Qəhrəman bəyin qızı Hüsnücahan xanımla dünya evinə girmişdi.РГИА. Ф. 1268. Оп. 2. Д. 731б. Л. 103. Bu nikahlardan Nəcəfqulu ağa, Paşa ağa, Kərim ağa, Qasım ağa adlı oğulları, Böyükxanım bəyim, Cahan bəyim adlı qızları olmuşdu.ARDTA, f.69.siyahı 1.
Həmçinin bax İbrahimxəlil xan Cavanşir
Mənbə
İstinadlar
Kateqoriya:Cavanşirlər Kateqoriya:Şuşa hərbçiləri Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Azərbaycanlı polkovniklər Kateqoriya:Rusiya-İran müharibəsi (1804-1813) iştirakçıları