Hadisələr 24 fevral - Fransa və Əlcəzair üsyançıları arasında bağlanmış Demişel müqaviləsinə əsasən Fransa tərəfindən Maskar paytaxt olmaqla Əbd-əl-Qədirin əmirliyinin müstəqilliyinin tanınması. Lord Nepirin Ingiltərədən Çinə xüsusi baş komissar təyin edilməsi. "Almaniya İttifaqı" daxilində (Avstriyasız) gömrük sərhədlərinin ləğv edilməsi. "Qalanın dibində" adlı Azərbaycan xalq mahnısının nota alınması. Azərbaycanda ilk rus köçkünləri tərəfindən Şamaxı qəzasında Altıağac kəndinin salınması.

Doğumlar 14 yanvar - Pyotr Petroviç Vereşagin, rus rəssamı. 20 yanvar - Petrus Yakobus Juber - Transvaal Respublikasının siyasi və hərbi xadimi. 8 fevral - Dmitri İvanoviç Mendeleyev, rus kimyaçısı 24 mart - Pouell Con Uesli. Amerika geoloqu. 4 iyun - Baumanis Yanis Fridrix, ilk peşəkar latış memarı. 23 sentyabr - Suvorin Alesey Sergeyeviç, rus jurnalisti, naşir, yazıçı, teatr tənqidçisi və dramaturq. Hüseynqulu xan Əbu Qəddarə

Ölümlər 3 may - Aleksey Andreyeviç Arakçeyev - qraf, rus dövlət xadimi. 3 avqust - Vasili Vasilyeviç Petrov, rus fiziki. 1 oktyabr - Həmzət bəy - Dağıstanın və Çeçenistanın ikinci imamı 23 oktyabr- Qacarların 2-ci şahı Fətəli şah Qacar vəfat edib. 23 dekabr – Tomas Robert Maltus, ingilis iqtisadçısı, demoqrafı. Karl Vilhelm Feyerbax