Horovska Şçepkovsla (; doğ. 28 oktyabr 1987) — polşalı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2010), beynəlxalq usta (2016).
Şahmat karyerası Müxtəlif yaş kateqoriyalarında Polşanı gənclər arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir. 2003-cü ildə 16 yaş kateqoriyasında gənclər arasında şahmat üzrə dünya ikincisi olub. Dəfələrlə gənclər arasında şahmat üzrə Polşa çempionatında mükafatçı olub. 2005-ci ildə qadın şahmatçılar arasında Polşa çempionatında gümüş, 2011, 2013, 2017-ci illərdə isə bürünc medal qazanıb. Polşanın qadınlardan ibarət milli komandasının tərkibində üç dəfə Ümumdünya Şahmat Olimpiadalarında (2012, 2014, 2016), üç dəfə komandalar arası dünya çempionatlarında (2007, 2009, 2015) və üç dəfə komandalar arası Avropa çempionatlarında (2011, 2013, 2015) çıxış etmişdir. 2010-cu ilin yanvarında qadınlar arasında beynəlxalq qrosmeyster adına, 2016-cı ilin sentyabrında isə beynəlxalq usta adına layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər
FIDE Chess profili Horovska Şçepkovsla. Chess-DB.com Horovska Şçepkovsla. Chessgames.com Horovska Şçepkovsla. 365Chess.com
Kateqoriya:Polşa şahmatçıları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:Şahmat beynəlxalq ustaları