() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B2 ab (i,ii,iii,). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Kök yumrusu yastılaşmış dairəvi, bəzən diskvari, 3-7 sm dimaterindədir. Yarpaqlar kökyanı rozetdədirlər. Yarpağın lövhəsi dairəvi-yumurtavari, dairəvi-oval və ya oval–tumurcuqlu, əsasda ürəkvari, 3-3,5 sm uzunluqda, 3,5 -6 sm enində, üst tərəfdə tünd–yaşıl, alt tərəfdə bənövşəyi-qırmızıdır. Kasacıq qonur-qırmızı, 5 enli-lansetvari, iti dilimli, 4-5 mm uzunluqdadır. Çiçəklər iri, çəhrayı və ya bənövşəyi-çəhrayı, çıxıntının dar hissəsində bənövşəyi ləkəlidir. Erkəkciklər 5, bunların saplaqları qısa, tozcuqlar sraı, lansetvari, est tərəfdə tili yoxdur. Yumurtalıq üst tərəfdə, 1 yuvalıdır. Sütuncuq uzun, tacı enli əsnəyindən çıxır. Qutucuq dairəvi, 8 dişiciklə açılandır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə-meyvə əmələgətirmə dövrü yanvar-dekabr aylarına təsadüf edir. Palıd-dəmirağac, fıstıq, ağcaqyaın meşələrində, dağ dərələrində, çaykənarı meşələrdə rast gəlinir. Dərman bitkisidir.

Yayılması Lənkəran ovalığı və Lənkəran dağlıq hissəsidir.

Sayı və tendensiyası Populyasiyanın təbii bərpası azalır, yegane lokalitetində mənfi iqlimə və antropogen təsirlrə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər Antropogen amillər (otarılma, tapdalanma) və iqlim dəyişikliyidir.

Mühafizə tədbirləri Yayılma yerlərində antropogen təsirlərin azaldılması və mütəmadi monitorinqlərin aparılması təklif olunur. 

İstinadlar

Həmçinin bax

Kateqoriya:Azərbaycan florası Kateqoriya:İran florası