Mustafa bəy Qabul oğlu Qabulov — Bakı şəhərinin polismeystri.

Həyatı Azərbaycan Xalq Cümhuriyyəti dövründə o, 1919-cu ildə Cavanşir qəzasının rəisi təyin edilmiş və bu vəzifədə 1920-ci ilin yanvarınadək fəaliyyət göstərmişdi. Daxili işlər naziri Mustafa bəy Vəkilovun 24 yanvar 1920-ci il tarixli 805 nomrəli əmri ilə Mustafa bəy Qabulov tutduğu vəzifəsindən azad olunaraq xidmətdə irəli çəkilmiş və Balaxanı-Sabunçu polismeysteri təyin olunmuşdu. O, 1-ci dərəcə üzrə ayda 3.600 manat məvaciblə bu vəzifədə 1920-ci il aprelin 10-dək işləmişdi. Bakı Möhkəmləndirilmiş rayonun general-qubernatoru, general-mayor Murad Gəray bəy Tlexasın 7 aprel 1920-ci il tarixli 6966 nömrəli əmri ilə Bakı polismeysteri Rüstəm bəy Mirzəyev tutduğu vəzifəsindən azad olunmuşdu. Daxili işlər naziri Mustafa bəy Vəkilovun 10 aprel 1920-ci il tarixli əmri ilə daha məsul vəzifəyə — Bakı şəhərinin polismeysteri vəzifəsinə təyin edilmiş, bu vəzifədə Azərbaycan Xalq Cümhuriyyətinin süqutunadək bu vəzifədə çalışmışdır.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Rüstəm bəy Mirzəyev bir qrup keçmiş Azərbaycan Cümhuriyyəti DİN-in məmuru sırasında "Müsavat hökumətinə" xidmət etdiyi üçün həbs olunub, bolşevik Əli Bayramovun "işi" üzrə mühakimə olunaraq Azərbaycan SSR Ali inqilabi Tribunalın hökmü ilə 1920-ci il mayın 29-da gecə saat 2-də güllələnmişdi

O sonralar bu haqda belə demişdir:

Həmçinin bax Rüstəm bəy Mirzəyev

İstinadlar

Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Azərbaycan polkovnikləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin polisləri Kateqoriya:Cavad qəzasının rəisləri