220 №-li otaq qısametrajlı bədii televiziya filmi rejissor Ruslan Hüseyni tərəfindən 2010-cu ildə ekranlaşdırılmışdır. Film İctimai televiziyada istehsal edilmişdir. Filmdə əsas rolları Amid Qasımov, Oktay Mehdiyev, Cəlal Qurbanoğlu və Aynur Abbasova ifa edirlər.
Məzmun Tələbə Yusif (Amid Qasımov) Moskvada institutu bitirib vətənə qayıtmaq üzrədir. O, vidalaşmaq üçün 220 №-li otağa, köhnət tanışlarının yanına gəlir. Burada onlar arasında qəribə dialoq baş verir. Dialoqun əsas mövzusu vətəndən uzaq düşən bəzi azərbaycanlıların öz doğulub boya-başa çatdıqları yerləri bəyənməmələri, oraya yuxarıdan aşağı baxmalarıdır. Burada Yusifin timsalında heç də hamının belə olmadığı göstərilir. Və nəticədə Yusif Azərbaycan haqqında artıq-əskik danışan həmyerlilərinə tüpürüb otaqdan çıxır.
Film tamaşaçını harada yaşayırsa yaşasın öz vətəni barədə düşünməyə, onu unutmamağa səsləyir. Film bu ifadələrlə bitir: Onlar Moskvada, 220 №-li otaqda yaşayırlar! Tapın onları! Qorxmayın, tüpürün onların üzünə!
Film haqqında Film Yusif Səmədoğlunun "220 №-li otaq" hekayəsinin motivləri əsasında çəkilib.
Filmin üzərində işləyənlər Ssenarist: H. V. İsmayıl Rejissor: Ruslan Hüseyni Operator: Faiq Əliyev Prodüser: Pərviz Eldaroğlu Bəstəkar: Rəşad Həmidov
Rollarda Amid Qasımov — Yusif Oktay Mehdiyev Cəlal Qurbanoğlu Aynur Abbasova Ceyhun Cümşüdov — qatardakı həmyerli Əlisurət Məmmədzadə Gülsabah Quliyeva Sona Babayeva Asif Rəhimov Firuzə Balayeva
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2010-cu ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:2010-cu ilin filmləri Kateqoriya:2010-cu ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər