thumb|right|300px|Əhməd Yasəvi türbəsi Qazaxıstanda turizm — 2014-cü il məlumatına görə turizm sahəsi Ümumi Daxili Məhsulun 0,3 % təşkil etmişdir. 2020-ci ildə Qazaxıstan hökuməti bu rəqəmi 3 % artırmağı planlaşdırır. 2000-cu il məlumatına görə ölkəyə 1,47 mln xarici turist gəlmişdir. Bu rəqəm 2012-ci ildə 4,81 milyona çatdırılmışdır. Bu isə ölkəni bu göstəricilərlə 51-ci yerə çıxartmışdır. Beynəlxalq mətbuatda Qazaxıstanda turizm elə də yaxşı inkişaf etməmiş olaraq göstərilir. Burada pis xidmət və loqistika çətinlikləri vardır.
2013-cü ildən Qazaxıstanda turizm konsepsiyası qəbul edilmişdir. Konsepsiya 2020-ci ilə qədər turizmin inkişaf etdirilməsi planlaşdırılır. Proqramın hədəfi beş turistik klasterin meydana gətirilməsidir: Astana, Almatı, Şərqi Qazaxıstan, Cənubi Qazaxıstan və Qərbi Qazaxıstan. Burada hədəf 2020-ci ilə qədər 250 min yeni iş yerinin açılmasıdır. İşlərin görülməsinə ümumilikdə 4 mld dollar sərf edilməlidir.
Viza siyasəti Qazaxıstan Ermənistan, Belarus, Gürcüstan, Qırğızıstan, Moldova, Monqolustan, Rusiya və Ukrayna vətandaşları üçün 90, Argentina, Azərbaycan, Serbiya, Koreya, Tacikistan, Türkiyə və Özbəkistana 30 günlük vizasız rejim tətbiq edir.
2014-cü ildən dövlət 15 günlük vizasız rejimin təşkili qərara almışdır. Bu sistemə Böyük Britaniya, Almaniya, İtaliya, Malaziya, Niderland, ABŞ, Fransa və Yaponiya kimi dövlətlər daxildir. 2015-ci ildən bu sistemə daxil ölkələrin sayı artaraq 19 olmuşdur: Avstriya, Belçika, Macarıstan, İspaniya, Monako, Norveç, BƏƏ, Sinqapur, İsveç, İsveçrə və Finlandiya.
Görməli yerləri 2015-ci il məlumatına görə Qazaxıstanda YUNESCO Ümumdünya irsi siyahısına dörd obyekt daxil edilmişdir. Bunlardan üçü mədəni, biri isə təbiət əhəmiyyətlidir. Üstəlik 13 obyekt isə siyahıya namizəd olaraq göstərilir.
İstinadlar