Təbriz mehmanxanası — Naxçıvan şəhərində yerləşən mehmanxana.
Fəaliyyəti 180px|thumb|left|Təbriz mehmanxanasının 6-cı, 7-ci mərtəbəsinin interyeri Mehmanxana Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşir. 13 mərtəbəlidir, 5 ulduz kateqoriyası almışdır. Mehmanxananın qarşısında – Dədə Qorqud meydanında XVIII əsrə aid tarixi-memarlıq abidəsi İsmayılxan hamamı və Dədə Qorqudun heykəli yerləşir.HOTEL, MEHMANXANA VƏ RESTORANLAR . nakhchivan.az
Otelin həyətində avtomobil dayanacağı vardır. 100 nəfərlik qonaq üçün nəzərdə tutulmuşdur. 95 nömrə fondu vardır. Bunlardan 1-i apartament – kral dairəsi, 22-si lüks, 18-i studiya, 54-ü isə I kateqoriya nömrələrdir. Mehmanxanada qonaqlara poçt və teleqraf xidmətləri, taksi çağırılması, nəqliyyatın müxtəlif növlərinə biletlərin bronlaşdırılması, turist-ekskursiya xidməti və sair göstərilir.
Mehmanxananın zirzəmi hissəsində uşaq oyun otağı, trenajor zal, adi hovuz, cakuzi hovuzu, sauna, Məşədi İbad hamamı, buxar hamamı olan örtülü hovuz kompleksi yerləşir. Burada həmçinin masaj kabinələri və mulyajlar, əl işləri, qədim məişət avadanlıqları və sair daxil olan mini muzey vardır. Mehmanxananın 13-cü mərtəbəsində 74 nəfərlik banket zalı, 2-ci mərtəbədə 450, 1-ci mərtəbədə isə 300 nəfərlik restoran, 2-ci mərtəbədə 60 nəfərlik kafe-bar fəaliyyət göstərir.
İstinadlar
Xarici keçidlər
Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanası yenidənqurmadan sonra istifadəyə verilmişdir
Kateqoriya:1982-ci ildə tikilmiş hotellər Kateqoriya:Naxçıvan hotelləri