Mixail Daniloviç Popkov () — sovet hərbi xadimi, General-polkovnik (1979). 1943-cü ildən Ümumittifaq Kommunist (bolşevik) Partiyasının üzvü; Sovet İttifaqının Kommunist Partiyasının MK-nin üzvlüyünə namizəd (1981–1990). Naxçıvan MSSR-dən SSRİ Ali sovetinin Millətlər sovetinin 11-ci çağırışdan deputatı (1984–1989).Оборонное могущество Родины / М. Д. Попков, 76, с. 20 см, М. Изд-во ДОСААФ СССР 1988Верность навсегда!: Книга воспоминаний бывшего чл. Воен. совета — нач. Полит. упр. Сухопут. войск/ Михаил Данилович Попков. – М.: Граница, 2001. 319 c.

Həyatı 1924-cü il 11 noyabrda Kaluqa vilayətinin Yuxnovski rayonunun Astapova-Sloboda kəndində anadan olub. Milliyətcə rusdur. 1943-cü ildə Xarkov hərbi-siyasi məktəbini, 1950-ci ildə V. İ. Lenin adına hərbi-siyasi akademiyanı, 1966-cı ildə isə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının hərbi akademiyasını bitirib. 1942-ci ilin martından Qırmızı Ordu sıralarında Böyük Vətən Müharibəsinin iştirakçısı olur. 185-ci ehtiyat atıcı alayda hərbi xidmətə başlamış daha sonra ön cəbhədə 766-cı atıcı alayın, Qərb cəbhəsinin 217-ci atıcı diviziyasının 49-cu ordusunun tərkibində xidmətə cəlb olunub. 1942-ci ilin avqustundan Qretnya rayonunda alman qoşunlarının qarşısının alınmasında iştirak edir. 1942-ci ilin noyabrından Popkov həmin vaxt Daşkənddə yerləşən Xarkov hərbi-siyasi məktəbində təhsil almağa göndərilir. 1943-cü ilin aprelindən Qırmızı Orduda partiya-siyasi işlərinə cəlb olunur. Belqradda Çöl cəbhəsinin 28-ci qvardiya atıcı diviziyası tərkibində leytanant rütbəsi ilə döyüşür. 2-ci Belarus cəbhəsinin 33-cü ordusu tərkibində Belarusun azad edilməsində iştirak edib. 1980–1989-cu illərdə Quru qoşunlarının siyasi şöbəsinin rəisi — Hərbi Şuranın üzvü olub. 1989-cu ildən təqaüdə çıxıb. Silahlı Qüvvələrin ehtiyatda olan zabitləri Milli Assossasiya birliyinin redaksiya-nəşriyyat qrupuna rəhbərlik edir. "Zabit qardaşlığı" fondunun İdarə Heyətinin sədridir.

Ailəsi Atası — Daniil Filippoviç də Böyük Vətən Müharibəsinin iştirakçısı olub. 1941-ci ilin iyulun sonunda Yelneydə gedən döyüşdə ağır yara alır, 1943-cü ilin yazında isə Volxovski cəbhəsində Mqa stansiyasında gedən döyüşlərdə həlak olur.

Mükafatları Doqquz ordenlə təltif olunub: Lenin ordeni, Oktyabr inqilabı, iki dəfə "Qırmızı Döyüş Bayrağı", iki dəfə Vətən Müharibəsi, 2 dəfə Qırmızı Ulduz ordenləri, 35 medalla, o cümlədən də "Şücaətə görə" medalı" (1943) ilə təltif olunub. Kaluqa vilayətinin Yuxnov şəhərinin fəxri vətəndaşıdır. 23 avqust 2023-cü ildə vəfat edib. Troyekurov qəbiristanlığı'nda dəfn olunub.

İstinadlar

Kateqoriya:Rus uzunömürlülər Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:"Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:"Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:"Berlinin alınmasına görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin 1-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin "İgidliyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"Varşavanın azad edilməsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Qırmızı bayraq" ordeni ilə təltif edilənlər Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:SSRİ general-polkovnikləri