Corce Corceksu () — rumın dirijoru, violonçelçalan.Corce Corceksu// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 386. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Həyatı Buxarest konservatoriyasını (K. Dimitreskunun violonçel sinfini) bitirmiş (1910), Berlində Ali musiqi məktəbində X. Bekkerin violonçel sinfində (1910–14) oxumuş, burada kompozisiya və dirijorluqla da məşğul olmuşdur. 1911–16-cı illərdə simli "Marto-kvartet"in heyətində violonçel ifaçısı kimi çıxış etmişdir.

Fəaliyyəti 1916–18-ci illərdə R. Ştraus və A. fon Nikişdən dirijorluq dərsi almışdır. Dirijor kimi debütü Berlin filarmonik orkestri ilə olmuşdur (1918). Buxarest filarmoniyasının orkestrini (1920) yaratmış (hazırda C. Enes ku ad. Simfonik orkestr), 1944-cü ilə qədər və 1954–64-cü illərdə onun baş dirijoru olmuşdur. 1922–40-cı illərdə (fasilələrlə) Buxarest Opera Teatrının dirijoru və direktoru, 1950–53-cü illərdə Buxarest konservatoriyasının professoru idi. Repertuarında müasir musiqi əsas yer tuturdu.

Həmçinin bax Vedran Smayloviç

İstinadlar

Xarici keçidlər Corce Corceksu ingilis dilində bioqrafiyası Kateqoriya:XX əsr skripkaçıları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:XXI əsr bəstəkarları